Bu gün ABŞ-nin Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir. Sport24.az xəbər verir ki, tədbirdə AFFA-nı prezident Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər.
Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də, gələcək layihələr haqqında məlumat verilib.