top
AFFA 2026/2027 mövsümü üçün lisenziyalaşdırılan klubların siyahısını açıqladı Idman.biz
08 may 2026, 18:50
- ↺ +

AFFA 2026/2027 mövsümü üçün lisenziyalaşdırılan klubların siyahısını açıqladı

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İdman.Biz bildirir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Araz-Naxçıvan" PFK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftçi" PFK, "Sabah" FK, "Sumqayıt" FK, "Şamaxı" FK, "Turan Tovuz" PFK İB, "Zirə" PFK.

2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Neftçi" PFK, "Sumqayıt" FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Baku Sportinq" FK, "Difai" FK, "İmişli" PFK, "Karvan-Yevlax" FK, "Kəpəz" PFK İB, "Mingəçevir" FK, "Səbail" PFK, "Şəfa" FK.

4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Cəbrayıl" FK, "Dinamo" FK, "Qaradağ Lökbatan FK", "Quba" FK, MOİK FK, "Şahdağ Qusar" FK, "Şəmkir" PFK, "Şimal" FK, "Xankəndi" FK, "Zaqatala" PFK.

5. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Ağstafa Gəncləri" FK, "Araz Saatlı" FK, "Biləsuvar" FK, "Kür Araz" FK, "Lənkəran" FK, "Marafon" İK, "Ramana" FK, "Samur" FK, "Şəfəq" FK, "Şəki Siti" FK, "Şirvan" FK, "Zəngəzur" FK

6. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
"Ağdaş" FK, "Xəzər Ağcabədi" FK.

7. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Araz-Naxçıvan" PFK, "Baku Juniors" FK, "Dirçəliş" FK, "İmişli" PFK, "Qəbələ" İK, "Liman" UFK, "Sabah" FK, "Şəfa" FK, "Ümid" FK.

UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Digər lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.

Qeyd 1: Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.
Qeyd 2: II Liqa yarışlarında iştirak edən "Göygöl" FK, həmçinin AFFA Yüksək Qızlar Liqası yarışlarında iştirak edən "Təhsil 8" FK və "Zaqatala"QFK lisenziya prosesinə qoşulmaqdan imtina etmişdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Oxşar xəbərlər