top
Adil Şükürov: “Həmin uşaqlara böyük ümid bəsləyirəm” Sport24.az
26 may 2024, 19:56
- ↺ +

Adil Şükürov: “Həmin uşaqlara böyük ümid bəsləyirəm”

"İlk növbədə "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm. Bizə azarkeşlik edən hər kəsə minnətdaram, sona qədər dəstək oldular. Çalışdıq ki, gücümüz çatan qədər oynayaq. Böyük itkilərimiz var idi, heyətimizdə bir çox oyunçular oynamırdı. Lakin sevindirici məqamlar oldu. Onları əvəzləyənlər də verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. İki cavan futbolçumuzu meydana buraxdıq. Həmin uşaqlara böyük ümid bəsləyirəm. Hər birinə də uğurlar arzulayıram".

Sport24.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 36-cı turunun "Turan Tovuz"la oyunundan sonra mətbuat konfransında deyib.

- Növbəti mövsüm üçün komandada nə qədər dəyişiklik olacaq?

- Biz komandanı götürdüyümüzdən bu yana istədiyimiz çox şeyləri gördük. Bu futbolçularla istədiklərimizə nail olduq. Hədəfimiz odur ki, komandada olanların əksəriyyətini saxlayaq. Daha da güclənib, daha yaxşı yerlər uğrunda da mübarizə aparmaq niyyətindəyik. Bunun üçün də komandaya maliyyə dəstəyi lazımdır. İstəyirik ki, "Kəpəz"ə maliyyə dəstəyi olsun. Gəncə təmsilçisi yüksəklərdə olmağa layiqdir. Futbolçularımızın əksəriyyətini saxlamaq niyyətindəyik. Təbii ki, gedənlər olacaq. İstəmədiyimiz futbolçu yoxdur. Adama Nianenin müqaviləsi bitib. Bildiyim qədərilə onun özü başqa kluba keçmək istəyir. Buna etiraz etmirik. Nianeden başqa heç bir futbolçu ilə bağlı müraciət olunmayıb. Bu futbolçularla dibdən başladıq. Onlarla ayaq üstə qaldıqsa, elə onlarla da davam etmək istəyirik.

- İqor Rodriqesi istəyən komandalar az deyil. Onu saxlaya biləcəksiz?

- Futbolçularla danışmışıq. Hər biri də ilkin olaraq bildiriblər ki, bizdən cavab gözləyəcəklər. Məhz bundan sonra digər klublarla danışıq aparacaqlar. Amma birinci bizimlə danışacaqlar. Əksər legionerlərimizə, yerli futbolçularımıza aiddir. Ümidliyik. Maliyyə durumu nə yerdə olacaq, maraqlanmalıyıq. Federasiyadan ayrılacaq maliyyəni bilməliyik. Ondan sonra isə əlavə maliyyə dəstəyi olsa, nə yaxşı. Olmasa, ona uyğun işimizi quracağıq.

- "Kəpəz"ə sponsor tapılması məsələsi nə yerdədir?

- Ümumi müraciətimiz oldu. Komanda Premyer Liqada qaldı, bunun üçün bir çox işlər gördük. Gələcəklə bağlı planlarımız da var. Bir daha bildirim ki, aidiyyəti orqanlar, insanlar var, onlardan xahiş edirəm komandaya dəstək olsunlar. "Kəpəz"in inkişafında yardımçı olsunlar. Komandanın özünə, adına layiq yerlərdə qərarlaşmasına köməklik etsinlər. Bu komanda inkişaf etməlidir. İmkanlar var. "Qəbələ"dən sonra məşq meydançalarının imkanına görə başqa komanda görmürəm.

- Sosial şəbəkələrdə İlqar Nadiri təndiq olunur, azarkeşlər ona vaxt verib. Özünüzə qarşı necə, basqı hiss edirsiz?

- Bu gün klubun belə vəziyyətdə olması, komandanın belə oynamasında rəhbərliyin, İlqar Nadirinin də şəxsən rolu var. Oyunlarda qalib gəldikcə, klub rəhbərliyi əlindən gələn hər şeyi edir. Bildiyim qədərilə, onun gücü çatmadığı imkanları belə bizim üçün yaratdı. Dəstək görürük. Gəncə futbol camiəsini tanıyıram. Hər kəslə çox yaxşı münasibətim var. Hər bir kəslə görüşəndə də deyirəm ki, Gəncə veteranları, futbolsevərlərinin bir məqsədi olmalıdır ki, "Kəpəz" inkişaf etsin. Bunun üçün isə tənqidlərdən çox dəstək lazımdır. Komandada bəzi sıxıntılarımız var. Əlavə olaraq da, bu tərəfdən olacaq şeylər, komandaya stresdir. İnanıram ki, bunu da heç kəs istəməz.

- Növbəti mövsüm Gəncə stadionu da hazır olmayacaq. Harada oynayacaqsız?

- Bəli, nəzərimizdə iki stadion var. "Turan Tovuz"un və "Qəbələ"nin stadionlarıdır. Rəhbərlik də bu yöndə iş aparır. Əsas məsələ odur ki, maliyyəmiz nə qədər olacaq. Ona uyğun da planlaşdırma aparacağıq.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Bu gün, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Bu gün, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Bu gün, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Bu gün, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Bu gün, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Bu gün, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Bu gün, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Bu gün, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Bu gün, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Bu gün, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
Dünən, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
Dünən, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
Dünən, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
Dünən, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
Dünən, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
Dünən, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Futbol
Dünən, 16:45

U-20 milli komandamızın heyətində Həzrət Səmədovun zədə səbəbindən çıxması

Futbol
Dünən, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Dünən, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Dünən, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Dünən, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Dünən, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Dünən, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Oxşar xəbərlər