top
Emin Mahmudov: “Qələbə üçün vaxt itirməmək vacibdir” Sport24.az
Bu gün, 22:15
- ↺ +

Emin Mahmudov: “Qələbə üçün vaxt itirməmək vacibdir”

Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıbdı. Sport24.az xəbər verir ki, təcrübəli oyunçu ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:

 

– Hamını salamlayıram. Əslində, bu matç mənim üçün doğrudan da bir qədər həyəcanlı olacaq, çünki axırıncı oyunuma çıxıram. Amma həmişə dediyim kimi, meydana qələbə qazanmaq üçün çıxacağıq. Bizim üçün yaxşı oyun göstərmək və qazanmaq çox vacibdir. Çalışacağam ki, sonuncu matçımda ən yaxşı çıxışımı sərgiləyim və yaddaşlarda yaxşı qalım.

 

– Milli komanda forması ilə ilk mətbuat konfransınızı xatırlayırsınızmı?

 

– Vallah, heç xatırlamıram. Çünki bir ara hər mətbuat konfransına əsasən mən gəlirdim, ona görə də hansının birinci olduğunu dəqiq xatırlaya bilmirəm.

 

– Yarımmüdafiəçi olmağınıza baxmayaraq, milli formayla vurduğunuz önəmli və baxımlı qollarla xatırlanırsınız. Ən yadda qalan qolunuz hansıdır?

 

– Ən yadda qalan İrlandiya seçməsinin qapısına vurduğum qoldur, çünki o, möhtəşəm bir stadionda olmuşdu. Lüksemburqla matçda cərimə zərbəsindən vurduğum qolu da qeyd edərdim. Hər oyunda qol vurmaq şansım olur və bunun üçün həmişə çalışıram. İmkan olanda məşqlərdən sonra da qalıb zərbə məşqləri edirəm, çünki fərqlənməyi hər zaman istəyirəm. Amma mən həmişə ilk növbədə düşünmüşəm ki, komandanın qələbəsi daha vacibdir.

 

– Milli komandaya göstərdiyiniz xidmətlərə görə təşəkkür edirik. Lakin bu qərar bir qədər tələsik verilibmiş kimi görünür…

 

– Bilirsiniz ki, bu, milli komandadır və növbəti ev oyunumuzun nə vaxt olacağını dəqiq bilmirik. Ona görə də çox gözləmək istəmirdim. Evdəkilərlə, dostlarımla və baş məşqçimlə danışdım. Qərara gəldim ki, gözləməkdənsə, bu addımı indi atım. Martda ev oyunumuzun olub-olmayacağı bəlli deyil. Ona görə də vaxt itirmək istəmədim.

 

– Millidən sonra gələcək planlarınız necədir?

 

– İndi əsas məqsədim millidən sonra "Neftçi" ilə çempion olmaqdır. İnşallah, bunun üçün vuruşacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:36

Ayxan Abbasov: Sabah Andorra ilə oyunumuzda Emin üçün oynayacağıq

Futbol
Bu gün, 22:22

Volkan Demirel Qaziantep klubunun Super Liqa baş məşqçisi oldu

Futbol
Bu gün, 21:53

Qalatasaray Braziliyalı forvard Ricardo ilə danışıqlara başladı

Digər
Bu gün, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Oxşar xəbərlər