top
Ac favorit – TƏQDİMAT İdman.biz
06 may 2024, 14:59
- +

Ac favorit – TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 39 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatına start verir. Bu həftə A qrupunun komandalarını nəzərdən keçirəcəyik. Silsilə yazılara çempionatın meydan sahibi Almaniyadan başlayırıq.

Əbədi favorit
Almaniya millisi Avropa çempionatlarının iki ən titullu komandasından biridir. İspaniya kimi üç çempionluğu olan Bundestim mükafat sayında mütləq rekordçudur. 3 qızıldan başqa 3 gümüş də olan yığma 3 dəfə də yarımfinalda dayanıb. Almanların qatıldığı 13 qitə çempionatından 9-da ən yaxşılar sırasında olması onları əbədi favorit saymağa əsas verir. Lakin Avropadakı son çempionluq uzaq 1996-cı ildə yaşanıb. Millimizdə də işləmiş Berti Foqtsla qazanılan həmin uğuru sonradan təkrarlamaq mümkün olmayıb.

Ac
Əbədi favorit bu dəfəki yarışa seçmə mərhələdə oynamadan qatılacaq. Meydan sahibi kimi birbaşa vəsiqəyə sahib olan yığma doğma divarlar arasında uğur qazanmağa çalışacaq. Almaniyada çempionluq üçün çox darıxıblar. Bu da əbəs deyil. 2014-cü ildəki dünya çempionluğundan sonra heç bir titul qazanılmayıb. AVRO-2016-dakı yarımfinal son 10 ilin ən böyük uğurudur. Son iki dünya çempionatı "Futbolu 22 nəfər oynayır, sonda almanlar udur" ifadəsini alt-üst edib. Bundestim həm DÇ-2018, həm DÇ-2022-də faciəvi nəticə ilə üzləşərək qrupda qalıb. AVRO-2020-də isə almanlar 1/8 final səddini keçməyib.

Evdə "aspirin" də kömək edər
Uğursuzluq zolağından doğma azarkeşlər önündə çıxmağı hədəfləyən Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanın böyük uğur üçün yetərli olmadığını düşünənlər də az deyil. Amma gənc mütəxəssisə meydanda zəngin təcrübəyə malik veteranlar da kömək edəcək. Manuel Noyerin liderlik keyfiyyətlərini qeyd etmək vacibdir. Zədələrdən dönən qapıçının yenidən "1 nömrə" olacağı gözləniləndir. Üstəlik, məğlubedilməzliyi ilə bütün dünyaya səs salan "Bayer"in heyətində yeni nəsil yetişib. Florian Virts və "aspirinlər"in digər üzvləri yığma ilə ilk titulunu qazanmaq arzusundadır.

Almaniyanın yer aldığı qrup da Bundestimin "dişinə görə" sayılır. İsveçrə çətin rəqib sayılsa da, meydan sahibləri 1/8 finala 1-ci yerlə çıxmağa iddialıdır.

Almaniyanın qrupdakı matçları:
14 iyun. Almaniya – Şotlandiya
19 iyun. Almaniya – Macarıstan
23 iyun. İsveçrə - Almaniya

Qeyd edək ki, A qrupunun görüşləri Münhen, Köln, Ştutqart və Frankfurtda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər