top
A Seriyası: Milan - Yuventus oyunu heç-heçə başa çatdı və digər matçların nəticələri Idman.biz
27 aprel 2026, 00:56
- ↺ +

A Seriyası: "Milan" - "Yuventus" oyunu heç-heçə başa çatdı və digər matçların nəticələri

İtaliya A Seriyasının 34-cü turunun mərkəzi qarşılaşmasında İtaliyanın "Milan" futbol komandası öz meydanında "Yuventus"u qəbul edib. Gərgin keçən mübarizə qolsuz bərabərliklə başa çatıb – 0:0.

İdman.Biz xəbər verir ki, oyunun 36-cı dəqiqəsində qonaqların yarımmüdafiəçisi Kepren Türam fərqlənsə də, VAR baxışından sonra onun qolu ofsayd səbəbindən ləğv edilib. Qarşılaşmanın qalan dəqiqələrində də tərəflər qapılara yol tapa bilməyiblər.

Bu nəticədən sonra "Milan" xallarının sayını 67-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədəki mövqeyini qoruyub. Aktivində 64 xalı olan "Yuventus" isə dördüncü yerdə qərarlaşıb. Turin təmsilçisi bu heç-heçə ilə çempionatdakı məğlubiyyətsizlik seriyasını səkkiz oyuna çatdırıb.

22:03

İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparan İtaliyanın "İnter" futbol komandası səfərdə "Torino"nun qonağı olub. 34-cü turun qarşılaşması 2-2 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, Kristian Kivunun yetirmələri oyuna üstün başlayıblar. Birinci hissənin ortalarında Markus Türam Federiko Dimarkonun ötürməsi ilə hesabı açıb. Matçın 61-ci dəqiqəsində Yann Bissekk fərqi iki topa çatdıranda hər kəs milanlıların asan qələbə qazanacağını düşünsə də, meydan sahibləri ruhdan düşməyiblər.

"Torino"nu məğlubiyyətdən Covanni Simeone və Nikola Vlaşiçin vurduğu qollar xilas edib.

Bu nəticədən sonra xallarının sayını 79-a çatdıran "İnter" liderliyini davam etdirir. Turin təmsilçisi isə 40 xalla 13-cü pillədə qərarlaşıb.

19:06

İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparan İtaliyanın "Komo" futbol komandası səfərdə "Cenoa"nın qonağı olub. Sesk Fabreqasın yetirmələri 34-cü turun qarşılaşmasında 2-0 hesablı qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, qonaqlar matça sürətli başlayaraq erkən qolla önə keçiblər. Lukaş Da Kunyanın ötürməsini Anastasios Duvikas qola çevirib. Oyunun 68-ci dəqiqəsində isə "Komo" üstünlüyünü ikiqat artırıb. Maksans Kakerenin ötürməsindən sonra Assane Diao rəqib qapısına yol tapıb.

Bu qələbədən sonra xallarının sayını 61-ə çatdıran "Komo" turnir cədvəlində beşinci pilləyə yüksəlib. Aktivində 39 xalı olan Genuya təmsilçisi isə 14-cü sırada qərarlaşıb.

16:33

İtaliya A Seriyasının 34-cü turunda "Fiorentina" öz meydanında "Sassuolo"nu qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

Bu nəticədən sonra "Fiorentina" 37 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. "Sassuolo" isə 46 xalla 10-cu yerdədir.

Qeyd edək ki, "Fiorentina"nın A Seriyasında məğlubiyyətsiz oyunlar seriyası 7-yə çatıb. Növbəti turda "Fiorentina" səfərdə "Roma" ilə qarşılaşacaq, "Sassuolo" isə "Milan"ı qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər