top
Karun Çandhok Corc Rasseli Formula-1 çempionatının əsas favoriti elan edib Idman.biz
02 fevral 2026, 11:40
- ↺ +

Karun Çandhok Corc Rasseli "Formula-1" çempionatının əsas favoriti elan edib

"Formula-1" üzrə sabiq pilot Karun Çandhok qarşıdakı mövsüm üçün çempionluğun əsas favoriti kimi "Mercedes" komandasının pilotu Corc Rasseli göstərib.

İdman.Biz xəbər verir ki, Çandhok bu fikrini "Mercedes"in Barselonada keçirilən mövsümöncəsi testindəki uğurlu çıxışından sonra səsləndirib. Almaniya təmsilçisi testlər ərzində 502 dövrə vuraraq bütün komandalar arasında ən yüksək göstəriciyə imza atıb.

Qeyd edək ki, son illərdə "Mercedes" titul mübarizəsində ön planda olmasa da, yeni texniki reqlament dövrü öncəsi komandanın güclü mühərrik layihəsi ilə fərqləndiyi bildirilir. Bu da bir çox mütəxəssisin Brakli təmsilçisinin 2014-cü ildə olduğu kimi yeni dövrə üstünlüklə başlayacağını düşünməsinə səbəb olub.

Karun Çandhok "Sky F1"ə açıqlamasında bildirib ki, "Mercedes"in həm şassi, həm də mühərrik baxımından vahid sistem kimi işləməsi ciddi üstünlükdür. Onun sözlərinə görə, hazırda bu inteqrasiya səviyyəsinə malik komandalar "Mercedes", "Ferrari", "Audi" və "Red Bull"dur. Lakin "Audi" və "Red Bull" yeni layihələrə başladıqları üçün müəyyən güzəştlərə malik ola bilərlər, "Mercedes" və "Ferrari" üçün isə bəhanə yoxdur.

Çandhok vurğulayıb ki, "Mercedes"in mühərrikləri "McLaren", "Williams" və "Alpine" komandalarına da təqdim etməsinə baxmayaraq, zavod komandasında şassi və mühərrik bölmələrinin sıx əməkdaşlığı mövsümün əvvəlində həlledici üstünlük yarada bilər.

Mütəxəssis bu amilləri əsas gətirərək Corc Rasseli qarşıdakı "Formula-1" mövsümünün əsas favoriti adlandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Qari Nevill: 'Holand 18 ay ərzində 'Real Madrid'in futbolçusu olacaq'

Futbol
Bu gün, 09:00

İmişli Şəfa qarşısında, Neftçi Zirəyə meydan oxuyur

Futbol
Bu gün, 09:00

Bakıda Barselona qarşısında azarkeş sevgilisinə evlilik təklifi etdi

Futbol
Bu gün, 09:00

Neftçi “Zirə”ni qonaq olaraq qəbul edir

Futbol
Bu gün, 08:52

Puxaç: “Barselona qarşısında daha böyük hesabla məğlub ola bilərdik”

Futbol
Bu gün, 08:40

Lionel Messi sabiq komanda yoldaşının məzarı üçün Argentinaya yollanacaq

Futbol
Bu gün, 08:35

Mezzotero İtaliya milliyə dəvəti ala bilər

Futbol
Bu gün, 08:20

18 yaşlı İspaniyalı müdafiəçi Bakıda debut etdi

Futbol
Bu gün, 08:20

İmişli “Şəfa”ya qarşı 13-cü turda mübarizə

Futbol
Bu gün, 08:17

Barselona müdafiəçisi Baldenin Bakı zədəsi: növbəti matçı da buraxacaq

Futbol
Bu gün, 08:12

Arsen Venger ABŞ araşdırmasında ifadə verməyə çağırılacaq

Futbol
Bu gün, 08:00

Empoli yeni baş məşqçi Lorenzo Tonelli ilə anlaşdı

Futbol
Bu gün, 07:40

Sabah hücumçusu Coy‑Lens Mikels: “Barselona’ya 2‑3 qol vura bilərdik”

Digər
Bu gün, 07:30

Barselona matçı zamanı Bakıda ölüb: Rusiyalı azarkeş 11 yaşlı oğlu ilə gəlmiş

Futbol
Bu gün, 07:16

Atletiko Lukmanı 40 milyon avroya satmağa hazırdır

Futbol
Bu gün, 07:00

Fatih Tekke: Silahlı təhdidlərə boyun əyməyərək UEFA Kubokunu qaldırdı

Futbol
Bu gün, 06:13

Messi Karlos Tevezin vida matçına qatılacaq

Futbol
Bu gün, 05:31

Sneyder, Serxio Ramosun 2010 Dünya çempionu olduğu formanı 65.126 avrodan satdı

Futbol
Bu gün, 05:14

İspaniya Futbol Federasiyası 2027 üçün 433 milyon avroluq rekord büdcə təklif edir

Futbol
Bu gün, 04:03

Braziliyada iki futbolçu narkotik ticarəti və şahidlərə təzyiqdə şübhəli olub həbs edilib

Tennis
Bu gün, 04:00

Ben Şelton və Triniti Rodman ayrılıblar

Futbol
Bu gün, 03:12

Mesut Ozil Gürcüstan polisinin müdaxiləsini pislədi, Beşiktaş azarkeşlərinə dəstək oldu

Futbol
Bu gün, 02:20

UEFA Avropa Liqasında Marsel və Levski matcından əvvəl azarkezlər arasında kütləvi qarşıdurma – VİDEO

Futbol
Bu gün, 02:17

"Portu" qapıçısı Dioqu Koştanın sərbəstqalma məbləğini 45-50 milyon avroya endirməyə hazırdır

Oxşar xəbərlər