top
UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycan Güləş Federasiyasının süni intellekt platforması yüksək qiymətləndirildi Report.az
27 October 2026, 12:20
- ↺ +

UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycan Güləş Federasiyasının süni intellekt platforması yüksək qiymətləndirildi

Azərbaycan Güləş Federasiyasının (AGF) formalaşdırdığı süni intellekt platforması Dünya Güləş Birliyinin (UWW) Astanada təşkil etdiyi Elmi Komissiyasının illik iclası və elmi simpoziumunda xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Bu barədə "Report"a AGF-nin mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq tədbirdə Azərbaycanı Güləş Federasiyasının (AGF) Strateji İnkişaf və Analiz şöbəsinin mütəxəssisi Murad Cabbarov rəqib analizində süni intellektin rolu mövzusunda çıxış edib. Təqdimat zamanı AGF-nin formalaşdırdığı analiz platforması təqdim olunub.

UWW-nin Büro üzvü, Elm komissiyasının sədri Buyandelger Peljee, Özbəkistan İdman Universitetinin professoru Fikrət Kərimov, Türkiyənin məşhur idman mütəxəssisi, idman fiziologiyası, məşq elmi və güləş üzrə professor Ramazan Savranbaşı, Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Georgi Korobeynikov və Beynəlxalq Güləş Tədqiqatçıları Şəbəkəsinin (INWR) təsisçisi və direktoru Devid Körbi təqdimatı yüksək qiymətləndirib və bu platformanın güləşin gələcək inkişafı, rəqəmsal texnologiyanın və süni intellektin bu sahəyə inteqrasiyası istiqamətində geniş imkanlar açdığını bildiriblər.

UWW-nin prezidenti Nenad Laloviçin də iştirak etdiyi simpoziumda güləşin inkişafı, idmançıların hazırlıq prosesi və müasir texnologiyaların idmanda tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.

İştirakçılar olimpiya təsnifat sistemi, güləşdə qərarvermə, rəqiblərin təhlilində süni intellektdən istifadə, texniki fəndlərin öyrədilməsində rəqəmsal texnologiyaların rolu və idmançıların fiziki göstəricilərinin izlənilməsi barədə fikir mübadiləsi aparıblar.

UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycanın rəqəmsal güləş platforması yüksək qiymətləndirilib UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycanın rəqəmsal güləş platforması yüksək qiymətləndirilib UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycanın rəqəmsal güləş platforması yüksək qiymətləndirilib UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycanın rəqəmsal güləş platforması yüksək qiymətləndirilib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı

Others
Today, 11:44

ASA‑da idman elmlərinin inkişafı üzrə IV Beynəlxalq Elmi‑Praktik Konfrans keçirilib

Football
Today, 11:28

Sabah qapıcısı Stas Pokatilovun qurtarışı UEFA Çempionlar Liqasının ən yaxşıları sırasında

Football
Today, 11:10

Ayxan Abbasov: Flik "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi

Football
Today, 10:46

“Sabah”–“Barselona” oyununda azarkeşin vəfatı

Football
Today, 10:44

Meksikalı futbolçu Luis Alberto Rios Çaves matçdan sonra güllələnib və vəfat edib

Football
Today, 10:32

Barcelona Bakıdakı azarkeşlərinə təşəkkür etdi

Football
Today, 10:28

Mikels: "Barselona"ya ikinci qol vurmalı idim

Football
Today, 10:24

Beşiktaşın təyyarəsi Batumiyə eniş edə bilmədi, uçuş təhlükəli oldu

Football
Today, 10:11

“Sabah” UEFA bayrağı altında 14 ev oyununda heç-heçə yoxdur

Football
Today, 10:00

Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı olmaq şansı var

Volleyball
Today, 09:43

"DH Volley" CEV Çelenc Kubokunun 1/16 finalında Polşanın LKS komandasını qəbul edəcək

Football
Today, 09:42

Beşiktaş

Football
Today, 09:36

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV turda 18 qarşılaşma baş tutacaq

Football
Today, 09:18

Stas Pokatilov “Sabah” kapitanı olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır

Football
Today, 09:17

U-21 milli futbolçusu Lorenso Mezzotero Sampdoriya üçün iki qol vurdu

Volleyball
Today, 09:02

Xilasedici komandası CEV Çempionlar Liqası III təsnifat mərhələsində cavab matçına çıxır

Football
Today, 09:00

Alisson Becker Liverpoolun tarixində ilk assist edən qapıçı oldu

Football
Today, 08:18

Sampdoriyanın 18 yaşlı futbolçusu Loorenzo Mezzoteri Padova qarşısında dubl etdi

Football
Today, 08:00

Avropa Liqası V turunda Beşiktaş, Leverkuzen, Milan və Juventusun meydanları

Football
Today, 07:48

Sabah qapıçısı ÇL-də ən çox qurtarış etdi

Others
Today, 07:00

Rafael Ağayev: Anasının nişan üzüyünü satması sayəsində dünya karatesinin 'Qara brilyantı'na çevrilən idmançının uğur hekayəsi

Football
Today, 03:34

Bakıdakı 'Sabah'‑Barselona matçının video icmalı

Football
Today, 02:48

İran və BƏƏ matçı hakiminin sərxoş olduğu iddiası

Related news