top
Beşqat dünya çempionu Eldəniz Əzizli: Karyerası ilə bağlı açıqlama yaxın həftələrdə veriləcək Report.az
Today, 05:16
- ↺ +

Beşqat dünya çempionu Eldəniz Əzizli: Karyerası ilə bağlı açıqlama yaxın həftələrdə veriləcək

Astanada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanaraq beşqat dünya çempionu olan Eldəniz Əzizli yarışla bağlı təəssüratlarını bölüşüb.

"Report" xəbər verir ki, idmançı Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının Qazaxıstanın paytaxtında keçirilən dünya çempionatını ikinci sırada başa vurmasını böyük nəticə adlandırıb.

"Beşqat dünya çempionu olduğum üçün çox sevincliyəm. Bütün bunlara baxmayaraq, bizi qarşıda çox mötəbər yarışlar gözləyir. Ona görə də mövcud səhvləri aradan qaldırıb, yeni ildən daha uğurlu nəticələr qazanmağa çalışacağıq", – deyə idmançı qeyd edib.

Eldəniz Əzizli karyerası ilə bağlı məsələyə də aydınlıq gətirib. O, gələcək karyerası ilə bağlı qərarın şəxsi məşqçisi, milli komandanın baş məşqçisi və federasiya rəhbərliyi ilə birgə veriləcəyini bildirib.

"Düşünürəm ki, yarış başa çatdıqdan sonra yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək", – deyə o vurğulayıb.

Güləşçi dünya çempionatında qarşılaşdığı rəqiblərin gənc idmançılar olduğunu söyləyib. Bununla belə, o, dünya çempionatında zəif görüşlərin olmadığını qeyd edib.

"Ümumiyyətlə, dünya çempionatında zəif keçən görüş olmur. Amma mənim üçün ən maraqlı qarşılaşma final görüşüm olub", – deyə Eldəniz Əzizli əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Wrestling
Today, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər

Wrestling
Today, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Football
Today, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu

Gymnastics
Today, 00:04

Azərbaycan akrobatika və aerobika birincilikləri başladı

Volleyball
Yesterday, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Football
Yesterday, 23:49

Lazio 6-2-ə qalib, Sassuolonu məğlub etdi

Football
Yesterday, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Football
Yesterday, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Football
Yesterday, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır

Football
Yesterday, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Judo
Yesterday, 19:32

Bakıda 20 yaşımgədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Judo
Yesterday, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Others
Yesterday, 17:45

Azərbaycan və Hindistan nazirləri gənclər və idman sahəsində əməkdaşlığı müzakirə etdilər

Football
Yesterday, 16:31

U-15 Dünya Çempionatı: Nəticədən çox futbolçuların inkişafı vacibdir – Vaqif Cavadov

Minifootball
Yesterday, 15:59

Orxan Məmmədov: Minifutbolun FIFA-ya üzv olması beynəlxalq konfransların gündəmindədir

Football
Yesterday, 15:44

«Sumqayıt» – «Şəfa» qarşılaşması SOCAR Polimer Arenada baş tutacaq

Football
Yesterday, 14:13

"World Winners Cup Alanya 2026": Azərbaycanın "Marafon" çatma komandası "Sunrise"-ə 8:6 hesabıyla məğlub oldu

Judo
Yesterday, 13:52

Abşeron-Xızı cüdo çempionatı Oktyabrın 31-də Sumqayıtda keçiriləcək

Football
Yesterday, 13:24

Kristal Pelas İsmaila Sarrı satmaq istəmir, Liverpool və Qalatasaray hələ də maraqlanır

Chess
Yesterday, 12:33

Shirvan Open 2026 Beynəlxalq Şahmat Festivalının qalibi Murad İbrahimli olub

Wrestling
Yesterday, 12:20

UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycan Güləş Federasiyasının süni intellekt platforması yüksək qiymətləndirildi

Wrestling
Yesterday, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular

Football
Yesterday, 11:52

Azərbaycanın U-15 yığması Maltadakı UEFA İnkişaf Turnirini qalibiyyətlə tamamlaydı

Related news