"Sabah" futbol klubu komandanın baş məşqçisi Valdas Dambrauskası Litva Xarici İşlər Nazirliyinin "Litva diplomatiyasının ulduzu" fəxri nişanının ona təqdim olunması münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki paylaşımında bildirilib.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Litva Xarici İşlər Nazirliyinin "Litva diplomatiyasının ulduzu" fəxri nişanı ilə təltif edilib. Fəxri mükafatı ona noyabrın 26-da Bakıda Litvanın xarici işlər naziri Kestutis Budris təqdim edib", - məlumatda qeyd olunub.
V.Dambrauskas komandanı UEFA Çempionlar Liqasının əsas mərhələsinə çıxaran ilk litvalı olub.