"Qalatasaray"ın hücumçusu Deniz Gülün "Beşiktaş"la derbidə meydana çıxıb-çıxmayacağı bəlli olub.
QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, UEFA Çempionlar Liqasında "Aston Villa" ilə matçda (1:0) komandasına qələbə qazandıran qola imza atan futbolçunun həmin epizodda burnu sınıb. Əməliyyat olunan 22 yaşlı hücumçunun bazar ertəsi keçiriləcək derbidə iştirakı mümkün hesab edilir.
Bildirilir ki, Deniz Gül qarşılaşmada Viktor Osimhenin istifadə etdiyi maskaya bənzər xüsusi qoruyucu maska ilə oynaya bilər.
Qeyd edək ki, "Qalatasaray"a keçdikdən sonra 11 matçda meydana çıxan futbolçu 2 qol vurub.