top
Azərbaycan Tennis Federasiyası məşqçilər üçün məcburi akkreditasiya sisteminə başlayır Report.az
20 May 2026, 21:57
- ↺ +

Azərbaycan Tennis Federasiyası məşqçilər üçün məcburi akkreditasiya sisteminə başlayır

Azərbaycan Tennis Federasiyası (ATF) məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə start verir.

"Report" xəbər verir ki, ATF ölkədə tennisin inkişat, məşqçi fəaliyyətinin vahid standartlara uyğunlaşdırılması və milli komandalar üçün peşəkar hazırlıq sisteminin gücləndirilməsi məqsədilə məşqçilər üçün məcburi akreditasiya və re-akreditasiya prosesinə başlayır.

Yeni proses çərçivəsində əvvəllər akreditasiyadan keçmiş məşqçilərin mövcud statusu yenidən yoxlanılacaq və onların peşəkar fəaliyyətinin hazırkı tələblərə uyğunluğu qiymətləndiriləcək.

Müvafiq standartlara cavab verən məşqçilərin akreditasiyası yenilənəcək. Eyni zamanda, bu günə qədər akreditasiyası olmayan məşqçilərə də federasiya tərəfindən müəyyən edilmiş qaydalar əsasında akreditasiyadan keçmək imkanı yaradılacaq.

Federasiyanın əsas məqsədi ölkədə tennis məşqlərinin keyfiyyətni artrmaq, gənc idmançıların düzgün sistem üzrə hazırlanmasını təmin etmək və milli komandalara namizəd oyunçuların yalnız peşəkar standartlara cavab verən məşqçi mühitndə inkişaf etməsinə şərait yaratmaqdır. Akreditasiya və re-akreditasiya prosesindən keçməyən, yaxud bu prosesdə iştirakdan imtina edən məşqçilər Azərbaycan Tennis Federasiyasının rəsmi proqramlarında, milli komandaların hazırlıq prosesində və federasiya tərəfindən tanınan inkişaf layihələrində iştirak edə bilməyəcəklər.

Federasiya xüsusilə valideynlərin, yeniyetmə və gənc idmançıların diqqətinə çatdırır ki, akreditasiyadan keçməmiş məşqçilərlə məşq edən hər hansı oyunçu gələcəkdə peşəkar karyerası çərçivəsində Azərbaycan milli komandalarının tərkibində, eləcə də ölkənin adından beynəlxalq yarışlarda çıxış etmək hüququ əldə edə bilməyəcək, həmçinin Federasiya tərəfindən ayrılan hər hansı maddi dəstək, təqaüd, təlim-məşq toplanışı, səfər, inventar və digər dəstək proqramlarından yararlana bilməyəcək.

Bu səbəbdən peşəkar tennis karyerası hədəfləyən uşaqlar, yeniyetmələr və gənclər məşqçi seçimi zamanı federasiya tərəfindən tanınmış və akreditasiyadan keçmiş mütəxəssislərə üstünlük verməlidirlər. Valideynlər də bu prosesdə məsuliyyətli yanaşmalı və övladlarının gələcək idman karyerasına təsir edə biləcək bu məqamı nəzərə almalıdırlar. Dünyada məşqçilərin akreditasiya və re-akreditasiya prosesləri bir çox hallarda ödənişli əsaslarla həyata keçirilir. Lakin Azərbaycan Tennis Federasiyası ölkədə məşqçi potensialının inkişafına dəstək məqsədilə bu prosesi ilkin mərhələdə məşqçilər üçün ödənişsiz şəkildə təqdim edəcəkdir. Akreditasiya müəyyən müddət üçün veriləcək və müddət başa çatdıqdan sonra məşqçilərin peşəkar fəaliyyəti yenidən qiymətləndiriləcəkdir. Hər il yeni məşqçilər üçün akreditasiyadan keçmək imkanı yaradılacaq, artıq akreditasiyadan keçmiş məşqçilər isə müəyyən olunmuş qaydalar əsasında təkrar qiymətləndirmə və re-akreditasiya prosesində iştirak edəcəklər Azərbaycan Tennis Federasiyası ölkədə tennis məşqçiliyinin peşəkar əsaslar üzərində qurulmasını, məşqçilərin bilik və bacarıqlarının artrılmasını, beynəlxalq təcrübəyə uyğun təlim sisteminin formalaşdırılmasını prioritet istqamətlərdən biri hesab edir. Akkreditasiya və reakkreditasiya prosesindən keçmək istəyən məşqçilərdən şəxsiyyət vəsiqələrinin surətni və özləri haqqında məlumatları aşağıda qeyd olunan e-mail ünvanına göndərmələri tələb olunur:

[email protected] Əlaqə: +944 55 694 14 66

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
12 October 2026, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
12 October 2026, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
12 October 2026, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
12 October 2026, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Related news