top
Famil Xəlilov: U-15 dünya çempionatı üçün hazırlıq, rəqiblər və sürpriz nəticə ehtimalı – Müsahibə Report.az
22 October 2026, 12:09
- ↺ +

Famil Xəlilov: U-15 dünya çempionatı üçün hazırlıq, rəqiblər və sürpriz nəticə ehtimalı – Müsahibə

FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycanın U-15 milli komandasının baş məşqçisi Famil Xəlilov "Report"a müsahibə verib. Mütəxəssis komandanın hazırlığından və hədəflərindən danışıb. O, həmçinin rəqiblər və yarışın favoritləri haqqında fikirlərini bölüşüb.

- Heyətə 14 futbolçu dəvət olunub və dörd klubun ("Neftçi", "Qarabağ", "Sabah", "Ulduz FA") yetirmələrinə üstünlük verilib. Seçim prosesində əsas meyarlar nə oldu? Komandanın ümumi hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Seçim zamanı futbolçuların oyun keyfiyyətinə, qərarvermə bacarığına, intizamına və komandaya faydasına diqqət yetirdik. Hazırlıq prosesi plan üzrə davam edir və məqsədimiz turnirə ən yaxşı şəkildə hazır olmaqdır.

- Yeniyetmə futbolçuların belə böyük turnir öncəsi psixoloji təzyiqi dəf etməsi və oyunlara tam hazır olması üçün hansı xüsusi işlər görülüb?

- Futbolçularla söhbətlər aparırıq, onlara özlərinə inanmağı və məsuliyyəti düzgün qəbul etməyi aşılayırıq. İstəyirik ki, turnirin əhəmiyyətini başa düşsünlər. Eyni zamanda əlavə təzyiq hiss etmədən öz oyunlarını göstərə bilsinlər.

- Qrupda fərqli qitələri və futbol məktəblərini təmsil edən rəqiblər - Timor-Leste, Andorra, Avstraliya, İsrail və Haiti ilə qarşılaşacaqsınız. Rəqiblər haqqında kifayət qədər məlumat toplaya bilmisiniz?

- Mümkün qədər məlumat toplamağa çalışmışıq. Ancaq bu format ilk dəfə tətbiq olunduğu üçün rəqiblər haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Buna görə də əsas diqqəti öz hazırlığımıza və oyun prinsiplərimizə yönəltmişik.

- Sizcə, U-15 dünya çempionatının favoriti hansı komandadır?

- Hazırda konkret bir komandanı favorit göstərmək çətindir. Bu format yeni olduğu üçün komandaların imkanlarını əvvəldən dəqiq qiymətləndirmək asan deyil. Düşünürəm ki, turnirdə sürpriz nəticələr də ola bilər.

- Oktyabrın 25-də və 26-da komandanız gün ərzində iki matç keçirəcək. Bu cür sıx qrafikdə oyunçuların fiziki bərpasını və əvəzetmələri necə tənzimləməyi planlaşdırırsınız?

- Belə sıx qrafikdə futbolçuların bərpası və düzgün rotasiya çox vacibdir. Fiziki vəziyyətlərini nəzərə alaraq oyun yükünü bölüşdürəcəyik. Ehtiyac olduqda heyətdə dəyişikliklər edəcəyik.

- Millinin ilk matçı Bakı Kristal Zalında, növbəti görüşlər isə Hövsan Yarış Kompleksində baş tutacaq. Bakıda, doğma azarkeşlər önündə çıxış etmək futbolçularda əlavə motivasiya yaradır, yoxsa təzyiq hiss olunur?

- Düşünürəm ki, bu, futbolçularımız üçün əlavə motivasiyadır. Doğma azarkeşlər önündə dünya çempionatında oynamaq böyük fürsətdir. İstəyirik ki, bu dəstəyi təzyiq deyil, əlavə güc kimi qəbul etsinlər.

- 189 ölkənin iştirak edəcəyi və 1000-ə yaxın oyunun planlaşdırıldığı yarışda əsas hədəf nədir?

- Əsas məqsəd ölkəmizi layiqincə təmsil etmək və hər oyunda maksimum mübarizə aparmaqdır. Əlbəttə, yaxşı nəticə qazanmaq istəyirik. Bunun üçün futbolçularımızdan meydanda əllərindən gələni etmələrini gözləyirik.

- Oyunçuların beynəlxalq təcrübə toplaması və gələcəkdə əsas millilərə cəlb edilməsi baxımından yarışın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu turnir futbolçularımızın inkişafı üçün böyük fürsətdir. Onlar beynəlxalq təcrübə qazanacaq, fərqli futbol məktəbləri ilə qarşılaşacaq və özlərini daha yaxşı tanıyacaqlar. İnanıram ki, bu təcrübə gələcəkdə əsas milliyə gedən yolda onlara kömək edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 14:12

«Bernli» İngiltərə Çempionşipində evdə 24 ardıcıl matçdır qələbə qazanmayıb — yeni antirekord

Football
Today, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Football
Today, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək

Football
Today, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb

Football
Today, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir

Wrestling
Today, 13:09

Yaponiyalı professor Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Basketball
Today, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Football
Today, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir"

Football
Today, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı

Football
Today, 11:52

Andrey Arşavin Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Others
Today, 11:44

ASA‑da idman elmlərinin inkişafı üzrə IV Beynəlxalq Elmi‑Praktik Konfrans keçirilib

Football
Today, 11:28

Sabah qapıcısı Stas Pokatilovun qurtarışı UEFA Çempionlar Liqasının ən yaxşıları sırasında

Football
Today, 11:10

Ayxan Abbasov: Flik "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi

Football
Today, 10:46

“Sabah”–“Barselona” oyununda azarkeşin vəfatı

Football
Today, 10:44

Meksikalı futbolçu Luis Alberto Rios Çaves matçdan sonra güllələnib və vəfat edib

Football
Today, 10:32

Barcelona Bakıdakı azarkeşlərinə təşəkkür etdi

Football
Today, 10:28

Mikels: "Barselona"ya ikinci qol vurmalı idim

Football
Today, 10:24

Beşiktaşın təyyarəsi Batumiyə eniş edə bilmədi, uçuş təhlükəli oldu

Football
Today, 10:11

“Sabah” UEFA bayrağı altında 14 ev oyununda heç-heçə yoxdur

Football
Today, 10:00

Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı olmaq şansı var

Volleyball
Today, 09:43

"DH Volley" CEV Çelenc Kubokunun 1/16 finalında Polşanın LKS komandasını qəbul edəcək

Football
Today, 09:42

Beşiktaş

Football
Today, 09:36

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV turda 18 qarşılaşma baş tutacaq

Football
Today, 09:18

Stas Pokatilov “Sabah” kapitanı olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır

Related news