top
Aftandil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir Report.az
Today, 16:20
- ↺ +

Aftandil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

İldə 2-3 beynəlxalq matç keçirməklə gənc futbolçuların inkişaf etməsi və ciddi uğur qazanması çox çətindir.

Bunu "Report"a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

Mütəxəssis daxili çempionatla beynəlxalq turnirlər arasındakı səviyyə fərqini önə çəkib:

"19 yaşlı futbolçuların beynəlxalq turnirlərdə ciddi uğurlar qazanması asan deyil. Bu yaş qrupu ölkə daxilində rəqiblərini rahat üstələyir, hazırda çempionatda birinci pillədə qərarlaşıb. Lakin beynəlxalq qarşılaşmalarda liqamızın aşağı keyfiyyətdə olduğu aydın hiss edilir. Çünki burada tam fərqli keyfiyyət, dinamika və sürətlə qarşılaşırıq. Bu, kompleks problemdir. Ölkə üzrə aşağı yaş qruplarında sistemli iş qurulmalıdır ki, gələcəkdə U-19 səviyyəsinə çatdıqda bu cür hallarla üzləşməyək".

Akademiya rəhbəri UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin "Dinamo" ilə cavab qarşılaşmasını dəyərləndirib:

"İlk hissəyə uğursuz başladıq. Ardıcıl buraxılan qollardan sonra geridönüş etmək çox çətindir. Bununla belə, qol vurmaq şanslarımızın olmadığını deməzdim. Bir neçə epizod oldu ki, hesab arasındakı fərqi azalda bilərdik. Rəqibin də təhlükəli imkanları var idi. Ümumilikdə məyusedici məğlubiyyətdir".

O, gənc futbolçuların inkişafı üçün əsas məqsədləri də açıqlayıb:

"Gənclər belə qarşılaşmalarda təcrübə toplayaraq möhkəmlənəcəklər. Görünən odur ki, daxili liqada yüksək mübarizə və sürətlə qarşılaşmırlar. İldə 2-3 və ya 5 belə matç oynamaqla inkişaf etmək çox çətindir. Məqsədimiz onları qısa zamanda böyüklərlə daha çox oynadıb sürətli futbola uyğunlaşıdırmaqdır. Bu gün beynəlxalq arena üçün təkcə "Qarabağ"ın deyil, digər komandaların da gücü yetmir. Gələcəkdə aşağı yaş qruplarında ölkə üzrə sistemli fəaliyyət qurulsa, həm milli komandalar, həm də klublar daha yaxşı nəticələr qazana bilərlər".

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Dinamo"ya 0:7 hesabı ilə uduzub. Bakıdakı ilk görüşdə də məğlub (1:2) olan Ağdam təmsilçisi turnirdə mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq

Football
Today, 15:37

Kodzo Taşima, FIFA prezidenti üçün namizədlik elan etdi

Qarabagh FC
Today, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam

Football
Today, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Football
Today, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Football
Today, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vurban göstəciyə imza atıb

Minifootball
Today, 13:34

Azərbaycan futzası Çexiya ilə 2028 Dünya Cəngavərləri əsas mərhələsində qalib gəlmək üçün həyəcanlı

Basketball
Today, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Football
Today, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Volleyball
Today, 12:13

"DH Volley"in baş məşqçisi: Çelenc Kubokunda hər matça final kimi yanaşmalıyıq

Chess
Today, 12:07

Azərbaycan şahmatçısı Read Səmədov U-20 rapid dünya çempionatında bürünc medal qazanıb

Football
Today, 11:49

Azərbaycanın vəkillər komandası Tbilisidə 'qızıl top'u qazandı

Football
Today, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Minifootball
Today, 11:05

Azərbaycan futzalı Milli komandası Çexiya ilə qarşılaşacaq

Qarabagh FC
Today, 10:55

Misli Premyer Liqası XI turunun matç və hakim təyinatları açıqlanıb

Judo
Today, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Football
Today, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Volleyball
Today, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Football
Today, 02:48

Valdas Dambrauskas: "Norveçdə hazırlıqlarımız yüksək səviyyədə idi, ancaq 4:1 məğlub olduq"

Football
Yesterday, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri

Gymnastics
Yesterday, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Others
Yesterday, 21:11

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatında mükafatlandırma mərasimi keçirilib

Others
Yesterday, 20:09

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə XXI kişilər və XII qadınlar dünya çempionatının rəsmi açılışı keçirilib

Related news