top
Yuliya Kərimova: Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir Report.az
Today, 12:09
- ↺ +

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq Azərbaycanın qadın voleybolu üçün çox mühüm hadisədir.

Bunu "Report"a açıqlamasında "Turan" klubunun oyunçusu Yuliya Kərimova deyib.

Voleybolçu Bolqarıstanın "Maritsa" komandasına qarşı cavab görüşü barədə fikirlərini bölüşüb:

"İlk oyundakı qələbədən sonra psixoloji üstünlüyümüz var idi. Lakin cavab qarşılaşmasının asan keçməyəcəyini anlayırdıq. Rəqibə hörmətlə yanaşaraq və üzərimizə düşən məsuliyyəti dərk edərək meydana maksimum konsentrasiya ilə çıxmışdıq. Məqsədimiz yalnız oynamaq deyil, əvvəlki görüşdə əldə etdiyimiz nəticəni təsdiqləmək idi".

O, tribunaların yaratdığı ab-havanın komandaya əlavə ruh yüksəkliyi verdiyini qeyd edib:

"Azarkeşlərin dəstəyi bizim üçün çox vacib idi. Oyun boyunca onların enerjisini və səmimiyyətini hiss edirdik. Belə atmosfer insana əlavə güc və motivasiya verir. Göstərdikləri dəstəyə və bizə olan inamlarına görə hamıya böyük təşəkkürümü bildirirəm. Həmçinin, məqsədimizə çatmağımız naminə gördükləri bütün işlər üçün klub rəhbərliyinə xüsusi minnətdaram. Yalnız irəli, yalnız qələbə!".

Oyunçu CEV Çempionlar Liqasının qrup mərhələsindəki hədəflərindən də danışıb:

"İlk növbədə, klubumuzu və Azərbaycanı Avropa arenasında layiqincə təmsil etmək istəyirik. Qarşıda bizi ciddi rəqiblərin və çətin oyunların gözlədiyini anlayırıq. Məqsədimiz keyfiyyətli voleybol nümayiş etdirmək, hər görüşdə mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni əldə etməkdir".

Y.Kərimova qazanılan qələbənin ölkə idmanı üçün əhəmiyyətini vurğulayıb:

"Bu, bütün Azərbaycan qadın voleybolu üçün çox mühüm addımdır. Belə uğurlar klublarımızın qitə səviyyəsində rəqabət aparmaq gücündə olduğunu göstərir. Ümid edirəm ki, nailiyyətimiz gənc voleybolçular üçün əlavə stimul olacaq və ölkəmizdə bu idman növünün inkişafına yeni təkan verəcək".

Qeyd edək ki, CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" kollektivini səfərdə 3:0 hesabı ilə məğlub edən "Turan", Tovuz Olimpiya İdman Kompleksində baş tutan cavab görüşündə də rəqibindən üstün olub (3:0) və qrup mərhələsinə vəsiqə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 11:30

Özbəkistan U-20 çempionatına hazırlıqda Azərbaycan futbol infrastrukturunu öyrənir

Gymnastics
Today, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Football
Today, 10:37

Liverpool Trey Nyoni ilə müqaviləni 2030-ə qədər uzatmağa hazırdır

Football
Today, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Football
Today, 09:19

UEFA Millətlər Liqası: Türkiyə Belçikanı ilə, İtaliya Fransanı qarşılaşacaq

Basketball
Today, 09:01

FIBA Avropa Kubokunda “Gəncə” bu gün “Esenler Erokspor” ilə qarşılaşacaq

Football
Yesterday, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Judo
Yesterday, 18:59

ACF və AMADA Azərbaycanın gənc qızlardan ibarət cüdo millisinə anti-dopinq seminarı keçirdi

Football
Yesterday, 18:31

Kilian Mbappe, Fransa yığmasının İtaliya ilə qarşılaşmasını atlayacaq

Football
Yesterday, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı ürək tutması nəticəsində vəfat edib

Basketball
Yesterday, 17:07

Cerri Bleyks: 'Trabzonspor'la qələbə ilə sabit çıxış etdiyimizi sübuta yetirdik

Boxing
Yesterday, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Yakutsk-2026 Məşğul Olimpiya Oyunlarının finalına yüksəldi

Football
Yesterday, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Football
Yesterday, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Football
Yesterday, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Football
Yesterday, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Olympics
Yesterday, 14:19

MPK rəsmləri IPC üzvlük iclasında 2027-2030-cü illərin strateji planını müzakirə etdilər

Football
Yesterday, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi

Football
Yesterday, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb

Wrestling
Yesterday, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu

Football
Yesterday, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Volleyball
Yesterday, 12:13

Kəmalə Əsgərova 1/32 final CEV Çelenc Kubokunda hakim olacaq

Volleyball
Yesterday, 11:43

Nataliya Qayevska: LKS ilə qarşılaşma mənim üçün xüsusi önəmlidir

Related news