top
Nataliya Qayevska: LKS ilə qarşılaşma mənim üçün xüsusi önəmlidir Report.az
Today, 11:43
- ↺ +

Nataliya Qayevska: LKS ilə qarşılaşma mənim üçün xüsusi önəmlidir

CEV Çelenc Kubokunun 1/16 final mərhələsində Polşanın LKS komandası ilə oyun Azərbaycan təmsilçisi "DH Volley"in üzvü Nataliya Qayevska üçün xüsusi əhəmiyyət daşıyır.

Voleybolçu bunu "Report"a açıqlamasında deyib.

32 yaşlı oyunçu Lodz şəhərində keçiriləcək qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Bu matç mənim üçün xüsusidir, çünki hamının bildiyi kimi, Polşadanam. Bu, oyuna əlavə şəxsi hiss qatır. LKS bu mövsüm çox güclüdür. Düzünü desəm, bəzən arzulayıram ki, kaş onlarla ötən il qarşılaşaydıq, çünki o vaxt bu bir qədər asan sınaq olardı. Onlar yaxşı təşkilatlanmış kollektivdir və həqiqətən keyfiyyətli oyun nümayiş etdirirlər. Polşa çempionatını da yaxından izləyirəm, buna görə də rəqibin oyun üslubunu bilirəm. Lakin məşqlərdə göstərdiyimiz oyunu matçlara daşıya bilsək, yaxşı rəqabət apara biləcəyimizə inanıram. Çox gərgin və həyəcanlı matç olacağına ümid edirəm".

Polşalı voleybolçu əvvəlki mərhələdə Danimarkanın "Holte IF" klubuna qarşı keçirdikləri matçlara da toxunub:

"Qələbə qazanmağımıza və növbəti raunda adladığımıza görə çox şadam. Bu, həqiqətən asan oyun olmadı. İtirəcəkləri bir şeyin olmadığını görə bilərdiniz, buna görə də xüsusən ötürmələrdə çox risk etdilər və müəyyən məqamda bu risk öz bəhrəsini verdi. Bununla belə, diqqətimizi cəmləyə bildik, sonadək mübarizə aparıb oyunu müsbət nəticə ilə bitirdik. Düşünürəm ki, güclü komanda olduğumuzu da göstərdik. Rəqibdən nə gözləyəcəyimizi daha yaxşı başa düşürdük və oyuna daha effektiv nəzarət etməyi bacardıq".

N.Qayevska komandanın qarşısına qoyulan məqsəddən və hazırlıq prosesindən də söz açıb:

"Mümkün olan ən yaxşı nəticəni əldə etmək istəyirik. Böyük potensiala malik olduğumuza inanıram. Avropadakı ilk matçlarımız xüsusilə çətin keçdi, çünki Polşadan fərqli olaraq, Azərbaycan liqası hələ başlamamışdı. Bizim üçün bu, praktiki olaraq birlikdə ilk rəsmi oyunumuz idi, buna görə də ritm tapmaq və meydançada bir-birimizi daha yaxşı tanımaq üçün zamana ehtiyacımız var idi. Önümüzdəki ayı yaxşı dəyərləndirsək, məşqlərdə çalışmağa davam etsək və daxili liqanın ritminə düşsək, daha da güclü komandaya çevrilə bilərik. Bir şey dəqiqdir: asanlıqla təslim olmayacağıq. Həm Bakıda, həm də Polşadakı cavab matçında sonadək mübarizə aparacağıq".

Qeyd edək ki, "DH Volley" CEV Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunları dekabrda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Volleyball
Today, 12:13

Kəmalə Əsgərova 1/32 final CEV Çelenc Kubokunda hakim olacaq

Others
Today, 10:48

Yelkən idmanında Zəfər Kuboku 20-dən çox iştirakçı ilə keçirildi

Basketball
Today, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Basketball
Today, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Football
Today, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Volleyball
Today, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Basketball
Today, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı

Gymnastics
Yesterday, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gymnastics
Yesterday, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq

Gymnastics
Yesterday, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib

Judo
Yesterday, 15:45

Azərbaycan 14 cüdoçu ilə gənc dünya çempionatında yarışacaq

Football
Yesterday, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Football
Yesterday, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Football
Yesterday, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir

Football
Yesterday, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Football
Yesterday, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir

Volleyball
Yesterday, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır

Basketball
Yesterday, 09:00

FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda "Trabzonspor"a qarşı oynayacaq

Football
Yesterday, 04:54

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Judo
09 November 2026, 21:41

Bakıda U-17 cüdo yeniyetmələri şəhər birinciliyini müəyyənləşdirdi

Football
09 November 2026, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Football
09 November 2026, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi

Qarabagh FC
09 November 2026, 17:07

Azərbaycanın U-17 millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsi üçün Frankfurtda baş topaçlaşdırılacaq

Related news