top
MPK rəsmləri IPC üzvlük iclasında 2027-2030-cü illərin strateji planını müzakirə etdilər Report.az
Today, 14:19
- ↺ +

MPK rəsmləri IPC üzvlük iclasında 2027-2030-cü illərin strateji planını müzakirə etdilər

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Toğrul Rəhimov və Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım Almaniyanın paytaxtı Berlində keçirilən Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Üzvlük İclasında iştirak ediblər.

MPK-dan "Report"a verilən məlumata görə, noyabrın 7-dən 9-dək "Birlikdə: Fəaliyyətə çağırış" ("Coming Together: A Call to Action") devizi altında keçirilən üçgünlük iclasda Paralimpiya Hərəkatının gələcək inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşıdakı illər üçün strateji prioritetlər müzakirə olunub.

IPC-yə üzv təşkilatları təmsil edən 250-dən çox nümayəndənin qatıldığı tədbirin əsas müzakirə mövzularından biri qurumun 2027-2030-cu illər üzrə Strateji Planı olub. İştirakçılar növbəti dördillik dövr üçün nəzərdə tutulan hədəf və prioritetlərlə bağlı fikir və təkliflərini bölüşüblər.

Bununla yanaşı, "World Para Sports" təşkilatının idarəetmə səlahiyyətlərinin ötürülməsi prosesi və 2025-ci il IPC Təsnifat Məcəlləsinin tətbiqi məsələləri də müzakirə edilib.

Üçgünlük proqram çərçivəsində paraidmanın inkişafı, paralimpiyaçıların idman karyeralarının müxtəlif mərhələlərində dəstəklənməsi, liderlik potensialının gücləndirilməsi və dayanıqlı inkişaf proqramlarının təşviqi mövzularında plenar sessiyalar, panel müzakirələri və praktiki seminarlar təşkil olunub.

IPC-nin prezidenti Endrü Parsons çıxışında Paralimpiya Hərəkatının gələcək inkişafında əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, iclas zamanı üzvlər tərəfindən səsləndirilən fikir və təkliflərin IPC-nin 2027-2030-cu illər üzrə Strateji Planının hazırlanmasına mühüm töhfə verəcəyini bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 18:31

Kilian Mbappe, Fransa yığmasının İtaliya ilə qarşılaşmasını atlayacaq

Others
Today, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Basketball
Today, 17:07

Cerri Bleyks: 'Trabzonspor'la qələbə ilə sabit çıxış etdiyimizi sübuta yetirdik

Boxing
Today, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Yakutsk-2026 Məşğul Olimpiya Oyunlarının finalına yüksəldi

Football
Today, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Football
Today, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Football
Today, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Football
Today, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Football
Today, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi

Football
Today, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb

Wrestling
Today, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu

Football
Today, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Volleyball
Today, 12:13

Kəmalə Əsgərova 1/32 final CEV Çelenc Kubokunda hakim olacaq

Volleyball
Today, 11:43

Nataliya Qayevska: LKS ilə qarşılaşma mənim üçün xüsusi önəmlidir

Others
Today, 10:48

Yelkən idmanında Zəfər Kuboku 20-dən çox iştirakçı ilə keçirildi

Basketball
Today, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Basketball
Today, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Football
Today, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Volleyball
Today, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Basketball
Today, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı

Gymnastics
Yesterday, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gymnastics
Yesterday, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq

Gymnastics
Yesterday, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib

Related news