Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib.
Bu barədə "Report"a Azərbaycan Su İdmanı Federasiyasından məlumat verilib.
8 Noyabr - Zəfər Gününə həsr olunmuş turnirdə 20-dən çox idmançı 4 kateqoriya üzrə mübarizə aparıb.
İştirakçılar optimist yeniyetmələr (Junior), optimist ümumi kateqoriya, optimist qızlar və ILCA 4 sinifləri üzrə qalibləri müəyyənləşdiriblər.
Mükafatçılara diplomlar təqdim edilib.
Optimist yeniyetmələr (Junior)
1. Kamilla Həsənova
2. Gülnisə İsmayılova
3. Leyli Məmmədli
Optimist ümumi kateqoriya
1. Kamal Bəşirli
2. Amin Cəlilzadə
3. Nurlan Ağazadə
Optimist qızlar
1. Kamilla Həsənova
2. Səma Mansurzadə
3. Yağmur Həsənli
ILCA 4
Mikayıl Məmmədzadə