top
Fatimə Hüseynli Superkubokun qalibi: Avropa Oyunları lisenziyası əsas hədəfim Report.az
Today, 13:12
- ↺ +

Fatimə Hüseynli Superkubokun qalibi: Avropa Oyunları lisenziyası əsas hədəfim

Kamandan oxatma üzrə Azərbaycan Superkubokunun qalibi olan Fatimə Hüseynli Avropa Oyunlarına lisenziya əldə etməyi hədəfləyib.

İdmançı bunu "Report"a açıqlamasında deyib.

O, yarışın gözlədiyindən də uğurlu keçdiyini bildirib:

"Superkubokda qızıl medal qazanmaq mənim üçün çox böyük uğurdur və zəhmətimin bəhrəsidir. Yarışa yaxşı hazırlaşmışdım və əsas məqsədim çempion olmaq idi. Şükürlər olsun ki, bu hədəfə çatdım. Yarışa hazırlıq mərhələsində üzərimdə işləyir, texnikamı təkmilləşdirməyə və səhvlərimi minimuma endirməyə çalışırdım. Bu qələbədə məşqçilərimin rolu çox böyükdür. Onların dəstəyi, məsləhətləri və inamları mənim üçün çox önəmlidir".

F.Hüseynli kişilər arasında yarışın qalibi olan Məhəmmədəli Əliyevlə qarşılaşmasını da dəyərləndirib:

"Məhəmmədəli Əliyevlə mübarizə aparmaq mənim üçün çox yaxşı təcrübə oldu. Düşünürəm ki, yaxşı çıxış etdim və bacardığımın ən yaxşısını göstərməyə çalışdım. Lakin külək amili və texniki atışlar zamanı bəzi səhvlər nəticəyə təsir göstərdi. Məğlub olsam da, bu qarşılaşmanı özüm üçün dəyərli sınaq hesab edirəm. Mənim üçün əsas olan səhvlərdən nəticə çıxarmaq və növbəti yarışlarda daha yaxşı nəticə göstərməkdir".

Gənclər kateqoriyasında son ilinə qədəm qoyacağını xatırladan idmançı gələcək hədəflərindən danışıb:

"Hazırkı nəticəmlə kifayətlənməyib, öz üzərimdə daha çox çalışmaq, xüsusilə küləkli havada atışlarımı yaxşılaşdırmaq istəyirəm. Növbəti il mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki gənclər kateqoriyasında son ilim olacaq. Avropa yarışlarında ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı yüksəklərə qaldırmaq və himnimizi səsləndirmək ən böyük arzularımdandır. Eyni zamanda, Avropa Oyunlarına lisenziya qazanmaq və dünya çempionatında uğurlu nəticə göstərmək istəyirəm".

Qeyd edək ki, Fatimə Hüseynli Azərbaycan Superkubokunda 70 metr məsafədə qadınlar arasında qızıl medal qazanıb. O, kişilər arasında çempion Məhəmmədəli Əliyevə isə məğlub olub.

Superkubokun qalibi Fatimə Hüseynli: Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır Superkubokun qalibi Fatimə Hüseynli: Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır Superkubokun qalibi Fatimə Hüseynli: Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır Superkubokun qalibi Fatimə Hüseynli: Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır Superkubokun qalibi Fatimə Hüseynli: Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır Superkubokun qalibi Fatimə Hüseynli: Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır Superkubokun qalibi Fatimə Hüseynli: Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır Superkubokun qalibi Fatimə Hüseynli: Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Qarabagh FC
Today, 14:22

Maksim Medvedev: “Sabah” Borussia Dortmund qarşısında güclü rəqiblərlə mübarizə bacarığını nümayiş etdirdi

Basketball
Today, 13:57

Gəncənin Rilski Sportistlə FIBA Avropa Kubok oyunu təxirə salınıb

Football
Today, 13:40

Arsenal offered Declan Rice a new contract;

Football
Today, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib

Qarabagh FC
Today, 12:56

"Sabah" - "Borussiya": Azərbaycan təmsilçilərinin Almaniya klublarına qarşı 15 oyunda 1 qələbəsi var

Others
Today, 12:35

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə təyinat alıb

Qarabagh FC
Today, 12:28

Bernard Lippert: "Sabah"da özünəinam artıb, "Borussiya" isə ideal formasından uzaqdır"

Others
Today, 12:10

Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib

Others
Today, 11:40

CEV Champions League: "Turan" vs the Croatian representative;

Others
Today, 11:30

"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür"

Others
Today, 11:14

"Mançester Yunayted" və "Liverpul" Feliks Nmeçanı transfer etmək istəyir

Others
Today, 10:56

Azərbaycan millisinin sabiq məşqçisi Bernard Lippert FIFA eksperti kimi Bakıya gəlir

Others
Today, 10:28

Ronaldu Portuqaliya Futbol Federasiyasından cəzasının yüngülləşdirilməsini istəyib

Others
Today, 09:27

"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq

Football
Today, 03:22

UEFA, Infantino’nun FIFA Forward Enterprise şirkətini yaratma təşəbbüsü haqqında FIFA‑dan izahat tələb edir

Football
Yesterday, 22:25

Cristiano Ronaldo's one-month suspension from Portugal national team matches

Basketball
Yesterday, 22:07

Sabahın baş məşqçisi Lazar Spasiç: İkinci yarıda NTD qarşısında zəif oynadıq

Football
Yesterday, 21:50

Ronaldu bir ay məhdudlaşdırıldı, 255 avro cərimə alıb

Football
Yesterday, 20:27

Ruben Amorim became the third coach in Milan's history

Others
Yesterday, 20:08

Azerbaijan Taekwondo National Team Continues Training Camp in Qabala

Football
Yesterday, 19:59

Sabah U-19 team will play a UEFA Youth League match against Borussia Dortmund on October 20

Basketball
Yesterday, 19:56

Ganja will play its next game in Bulgaria in the FIBA Europe Cup

Minifootball
Yesterday, 19:17

AFFA representative Ferrux Hüseynzadə receives UEFA appointment;

Related news