Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə taypeyli Xiao Xiang-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.
O, finalda son paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.