top
Elxan Səmədov: Xankəndi azarkeşlərinin öz şəhərlərində komandalarını dəstəkləməsi böyük əhəmiyyət kəsb edir Report.az
Today, 22:55
- ↺ +

Elxan Səmədov: Xankəndi azarkeşlərinin öz şəhərlərində komandalarını dəstəkləməsi böyük əhəmiyyət kəsb edir

Xankəndidə futbolun yenidən canlanması, azarkeşlərin doğma komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır.

Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.

Qurum rəhbəri canlı olaraq izlədiyi "Xankəndi" - "Karvan-Yevlax" oyununun Xankəndi stadionunda keçirilməsinin əhəmiyyətindən danışıb:

"İlk növbədə, bu gün burada olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun antiterror əməliyyatından sonra işğaldan azad olunmuş, yenidən qurulmuş Xankəndi şəhər stadionunda ölkə çempionatının oyununu izləmək bizim üçün çox xoşdur. Stadionun müasir standartlara uyğunlaşdırılması, burada yaradılan şərait təqdirəlayiqdir. Əlbəttə, bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin hər bir bölgəsində təbliği, inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq. Xankəndidə futbolun yenidən canlanması, azarkeşlərin doğma komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır. Bu stadionun gələcəkdə daha da maraqlı və yaddaqalan qarşılaşmalara ev sahibliyi edəcəyinə inanırıq. Əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk".

O, Xankəndiyə gəldiyi və burada futbol matçını izlədiyi üçün xüsusi hisslər keçirdiyini söyləyib:

"Cənab prezident İlham Əliyevin iştirakı ilə stadionun yenidən istifadəyə verilməsindən bir neçə gün sonra bu şəhərdə çempionat oyununun keçirilməsi Azərbaycan futbolu adına mühüm hadisədir. Futbolun belə gözəl stadionlarda oynanılması, inkişaf etməsi və insanları bir araya gətirməsi çox vacibdir. Gənclər və İdman Nazirliyinin xüsusi əməyinin də dəstəyi ilə bu gün stadionda gördüyümüz mənzərə, azarkeşlərin marağı və futbol ab-havası bizi sevindirir. İnanıram ki, bu cür oyunlar bölgədə futbol ənənələrinin bərpasına və gənclərin idmana marağının artmasına töhfə verəcək. Arzumuz odur ki, Xankəndidə futbol mütəmadi olaraq davam etsin və bu stadionun tribunaları hər zaman dolu olsun".

E.Səmədov "Xankəndi" komandasının öz doğma şəhərində çıxış etməsinin hər kəs üçün arzulanan məsələ olduğunu bildirib:

"Bunun üçün ilk növbədə müvafiq infrastrukturun və şəraitin təmin olunması vacibdir. Hazırda komandanın mövsümün qalan ev oyunlarını bu stadionda keçirməsi nəzərdə tutulur. Bu, həm komanda, həm də "Xankəndi" azarkeşləri üçün mühüm fürsətdir. Gələcəkdə komandanın burada daimi məskunlaşması məsələsinə də müsbət yanaşırıq. Təbii ki, bu proses klubun planlarından, infrastruktur imkanlarından və aidiyyəti qurumlarla aparılacaq müzakirələrdən asılı olacaq".

PFL prezidenti komanda Premyer Liqaya yüksələrsə, rəqiblərini Xankəndi şəhər stadionunda qəbul edə biləcəyini vurğulayıb:

"Bildiyiniz kimi, stadion UEFA-nın III kateqoriyasına aiddir, nəinki Premyer Liqa, beynəlxalq oyunları belə bu stadionda keçirmək olar. Bu isə o deməkdir ki, Xankəndi sakinləri də gələcəkdə bu cür mötəbər hadisələrin bir parçası olacaqlar".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 19:01

Fuad Həsənov Rusiyada ŞKO Açıq Kubokunda bürünc medal qazandı

Football
Today, 18:25

Ramiz Məmmədov: "Xankəndi-Yevlax" matcı mübarizəli və qonaq klubun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Judo
Today, 17:58

Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb

Football
Today, 17:35

Real Madrid Aurelien Çuameni ilə müqaviləsini 2032-ci ilədək uzadıb

Football
Today, 16:46

Neftçi klubunda uşaq hüquqları və təhlükəsiz idman mühiti seminarı keçirildi

Football
Today, 15:44

Azərbaycan U19 qadın milli komandası üçün 20 oyunçu təlimə dəvət olunub

Others
Today, 15:16

Bakı–Xankəndi velosiped yarışının yayımı üçün "Eurosport" ilə razılıq əldə edilib

Others
Today, 15:03

Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışında iştirak edirlər

Volleyball
Today, 14:34

16 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatı təsnifatında rəqiblər güclüdür, amma ümidsiz deyilik"

Olympics
Today, 13:49

Fərid Qayıbov Sven Albertlə Xüsusi Olimpiya hərəkatının inkişafı mövzusunda görüşdi

Football
Today, 13:36

Real Madrid Endriklə yollarını ayırmağa hazırdır

Football
Today, 13:19

FIFA danışılmış oyunlar barədə anonim bildirişlər üçün xüsusi platforma yaratdı

Volleyball
Today, 12:40

U-16 qızlar voleybol komandası EEVZA-nın ikinci təsnifat mərhələsinə yüksəlməyi hədəfləyir

Others
Today, 12:14

AMADA nümayəndələri Strasburqda CAHAMA 73-cü iclasına qatıldı

Olympics
Today, 12:01

Kenyan Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə dopingdan disqvalifikasiya edildi

Minifootball
Today, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Football
Today, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Football
Today, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Qarabagh FC
Today, 10:35

Qurban Qurbanov: Emin Mahmudovun 10 illik sabit oyunu bütün futbolçular üçün motivasiya mənbəyi oldu

Football
Today, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır

Football
Today, 09:21

Xankəndi Stadionunda yenidənqurmadan sonra I Liqanın “Xankəndi – Karvan‑Yevlax” oyunu keçiriləcək

Volleyball
Today, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Volleyball
Today, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında bu gün oyun keçirir

Related news