Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində üçüncü yerin sahibi müəyyənləşib.
"Report"un məlumatına görə, Rusiya təmsilçisi "Moscow polo club" üzərində 9:5 hesablı qələbə qazanan Böyük Britaniyanın "Red Star" komandası bürünc medalın sahibi olub.
Qeyd edək ki, finalda Azərbaycan təmsilçisi "Elit polo club" İsveçrənin "Sankt Mortiz" kollektivi ilə üz-üzə gələcək.