AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.
"Report" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
AFFA U-14 Qızlar Liqasının "Sabah" – "Ulduz FA" oyununda Əsasnaməyə uyğun yaş limitini pozduğu üçün qonaq komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
AFFA U-14 Qızlar Liqasının "Türkan" (Bakı) – "Neftçi" matçında isə Əsasnaməyə uyğun yaş limitini pozan meydan sahibi komandaya texniki məğlubiyyət verilib.