top
Elit Polo Club komandası çimərlik polosu turnirinin favoritidir Report.az
Today, 12:43
- +

Elit Polo Club komandası çimərlik polosu turnirinin favoritidir

Azərbaycanın "Elit polo club" komandası Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik polosu turnirinin favoritidir.

"Report" xəbər verir ki, bunu komandanın üzvü Tərlan Qurbanəliyev deyib.

O, öncə yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib:

"İlk növbədə yaradılan şəraitə və gözəl tədbirlərə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasına (ARAF) dərin təşəkkürümü bildirirəm. Bizi möhtəşəm turnir gözləyir. Yaxşı hazırlaşmışıq, rəqiblərimizi izləmişik və necə oynadıqlarını bilirik. Düzdür, biz ot örtüyündə oynamışıq, amma qumda da oynamağa hazırıq. Bayrağımızı turnirin çempionu kimi dalğalandıracağımıza inanıram".

T.Qurbanəliyev Azərbaycan təmsilçisini turnirin favoriti hesab edir:

"Turnirdəki bütün komandalar eyni gücdədir. Bizim üstünlüyümüz var - özümüzə güvənirik və yarış ölkəmizdə keçirilir. Ona görə də favorit özümüzü sayıram".

Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 11-13-də "Sea Breeze" istirahət mərkəzində təşkil olunacaq. Yarışın rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze"dir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 13:35

Azərbaycan İdman Akademiyasında Kembric Universiteti ekspertləri tərəfindən “Effektiv qiymətləndirmə” və “Kurikulumun xəritələnməsi” mövzularında təlimlər keçiriləcək

Others
Today, 13:10

Sabir Zeynalov Muju şəhərində keçirilən Parataekvondo Qran-Prisində qızıl medal qazandı

Others
Today, 12:30

Elçin Camallı: “İlk dəfə Azərbaycanda keçiriləcək çimərlik polo turnirinə tam hazırıq, özümüzü favorit hesab edirik”

Others
Today, 12:16

Elvin Məmmədxanov: Azərbaycan atçılıq idmanı sürətlə inkişaf edir, Sea Breeze çimərlik polosu turniri təşkil olunur

Others
Today, 11:38

Bakıda 'Sea Breeze 2026' çimərlik polo turniri üçün Elit Polo Club-un açıq məşqi keçirilib

Basketball
Today, 10:18

Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasındakı əməkdaşlıq qarşılıqlı razılıqla başa çatdı

Football
Today, 10:04

İtaliya klubı Torino, İsveçrə millisinin müdafiəçisi Rikardo Rodriges ilə 1 illik müqavilə imzaladı

Football
Today, 09:32

Atletiko klubunun sabiq yarımmüdafiəçisi Ruben Peres peşəkar karyerasını başa vurdu

Football
Today, 09:04

IV turda Misli Premyer Liqasının bu günkü matçları: Qəbələ-İmişli və Kəpəz-Şamaxı

Football
Today, 02:26

FIFA, UEFA-ya qarşı böhtan kampaniyası ittihamını irəli sürdü

Football
Yesterday, 22:42

Azərbaycan futbol hakimləri UEFA-nın yay kursunu uğurla başa vurdu

Football
Yesterday, 22:04

Qabriel Martinelli Arsenal klubundan Səudiyyə Ərəbistanının Al‑Hilalına 70 milyon avro qarşılığında köçürülüb

Football
Yesterday, 21:48

Mahir Emreli Polşanın Rakuv klubunda altıncı qolunu vurdu

Volleyball
Yesterday, 21:32

Azərbaycan U-20 çimərlik voleybolu komandası əsas mərhələyə yüksəldi

Basketball
Yesterday, 21:21

“Sabah” basketbol komandası London Lions qarşısında 86:82 hesabı ilə məğlub oldu

Football
Yesterday, 21:05

Qalatasaray UEFA Çempionlar Liqası qrup mərhələsi üçün 24 oyunçulu heyətini açıqladı

Volleyball
02 September 2026, 12:28

Polina Rəhimova: Milli voleybol komandasına məşqçi kimi qatılmağa hazırdır

Others
02 September 2026, 12:17

Alman mütəxəssis Johann Klaus Azərbaycan atletika məşqçilərinə seminar keçirib

Others
02 September 2026, 12:02

Fazilə İmanova anti‑dopinq qaydalarını pozduğu üçün 2026‑2029 illəri arasında cəzalandırılıb

Olympics
02 September 2026, 11:57

Milli Paralimpiya Komitəsi paraatletika üçün Açıq Qapı Günü təşkil edir

Football
02 September 2026, 11:55

Sabah FK-nın Çempionlar Liqası qrup mərhələsi və Bakıda böyük Avropa klubları ilə qarşılaşma planları - Maqsud Adıgözəlovun müsahibəsi

Others
02 September 2026, 11:28

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı sentyabrın 4‑6‑da keçiriləcək

Others
02 September 2026, 11:07

Sona Ağayeva: Dünya çempionatında qazandığım bürünc medal gələcək böyük uğurlara işarədir

Related news