top
Elçin Camallı: “İlk dəfə Azərbaycanda keçiriləcək çimərlik polo turnirinə tam hazırıq, özümüzü favorit hesab edirik” Report.az
04 September 2026, 12:30
- ↺ +

Elçin Camallı: “İlk dəfə Azərbaycanda keçiriləcək çimərlik polo turnirinə tam hazırıq, özümüzü favorit hesab edirik”

​"Elit polo club" komandası Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik polosu üzrə beynəlxalq turnirə yaxşı hazırlaşıb.

​"Report" xəbər verir ki, bunu komandanın kapitanı Elçin Camallı deyib.

​O, məşqlərin intensiv keçdiyini və yarışa yeni atların gətirildiyini bildirib:

​"Məşqlər hər gün mütəmadi davam edir. Turnirə 10-15 gün əvvəl Argentinadan gətirilmiş atlarla hazırlaşırıq. Oradakı atların hamısını şəxsən özüm seçib yoxlamışam və ölkəmizə gətirmişəm. Bu atlar ingilis və Argentina cinslərinin qarışığından əldə olunub. Onların dırnaq quruluşu, yer tutumu fərqlidir, bədən quruluşları isə böyükdür. Bu da yerində manevr etmək və sürət yığmaq imkanı yaradır. Bütün dünyada polo yarışları Argentina cinsindən olan atların üzərində oynanılır. Binə Atçılıq Mərkəzində həm ot, həm də qum arenamız var. Atları qum örtüyünə öyrətmək üçün həftədə 3-4 dəfə qum meydançasında məşq edirik. Çünki otdan dərhal quma keçid heyvanların əzələ və vətərlərində zədələrə səbəb ola bilər. Ona görə də atlar yarışdan xeyli əvvəl gətirilib ki, tam hazır olsunlar. Yaxşı hazırlaşdığımızı düşünürəm. Əlbəttə, özümüzü favorit görürəm və inşallah, qələbə qazanacağıq".

​İdmançı Azərbaycan təmsilçilərinin əvvəlki uğurlarından söz açıb:

​"Arena poloda və çimərlik polosunda qaydalar fərqlidir. Arena poloda qayda pozuntuları daha tez-tez qeydə alınır. Lakin biz neçə ildir bu növlə peşəkar şəkildə məşğul oluruq. 2015-ci ildə Azərbaycan tarixində ilk dəfə polo komandası olaraq Avropa çempionu olmuşuq. Həmçinin Avropa ikinciliyi qazanmışıq və Dünya Kubokunun qalibi olmuşuq. Bu nailiyyətlər göstərir ki, yarışa yetərincə hazırıq. Turnirdə ölkəmizi layiqincə təmsil etmək niyyətindəyik".

​E.Camallı rəqib komandaları da dəyərləndirib:

​"İsveçrə təmsilçisini yaxşı tanıyıram. Ötən ay müqavilə ilə İsveçrənin 'Sankt-Morits' klubunda çıxış edirdim. Həmin klubdan bura gələcək oyunçulara, o cümlədən ispaniyalı Pelayo Berazadiyə bələdəm. İngiltərə komandası ilə hələ qarşılaşmamışıq, Rusiya təmsilçisini isə əvvəlki turnirdə mağlub etmişdik. Fərq etməz, rəqibi heç vaxt zəif görmürük. Hesab edirəm ki, rəqibini zəif görən idmançı heç vaxt böyük nailiyyət qazana bilməz".

Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 11-13-də "Sea Breeze" istirahət mərkəzində təşkil olunacaq. Yarışın rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze"dir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Judo
Today, 11:29

Ruslan Paşayev Bakıda Dünya Çempionatının 1/16 finalında ilk qələbəsini qazandı

Volleyball
Today, 10:58

Ganja club added Russian volleyball player Anastasia Abramova to its squad

Football
Today, 09:13

UEFA Millətlər Liqası: Fransa‑Belçika və İtaliya‑Türkiyə qarşılaşacaq

Football
Today, 02:57

Jorge Jesus, Ronaldo’yu Portuqaliya milli komandasına yenidən dəvət etməyə hazırdır

Football
Yesterday, 21:38

“Barcelona” renews contract terms with three players

Football
Yesterday, 17:57

Azerbaijan U17 women's football team finished last in the Euro‑2027 qualifying stage.

Gymnastics
Yesterday, 17:36

Maqsud Mahsudov and Huseyn Abbasov won a bronze medal at the World Cup

Qarabagh FC
Yesterday, 17:27

New assistant coach Aydin Qasımov appointed at Xankəndi football club

Football
Yesterday, 11:59

Juventus adds Atalanta's left-back to its transfer list;

Qarabagh FC
Yesterday, 10:30

Kamilo Duran steps onto the field for the Colombia national team for the first time

Football
Yesterday, 07:11

Yamal scores again before the sixth minute

Football
Yesterday, 06:20

İspaniya futbol yığması Çexiyanı 3:1 məğlub edərək rekord məğlubiyyətsizlik seriyasını uzatdı

Football
Yesterday, 05:27

Bilić gave an emotional statement after the 0:7 defeat: “This game must not be forgotten”

Football
Yesterday, 01:34

Klopp considers Greece's victory worthy, ready before the rematch

Football
03 October 2026, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı

Football
03 October 2026, 19:56

“Qəbələ” was defeated by Japan U‑20 team 1:3;

Qarabagh FC
03 October 2026, 19:26

Qarabagh gained advantage with a 3:1 victory over Zira;

Football
03 October 2026, 11:12

Defender Rufat Abbasov: "We are ready only for victory"

Qarabagh FC
03 October 2026, 09:01

"Turan Tovuz" Bakıda "Fənərbağça" ilə test matçı keçirəcək

Football
03 October 2026, 09:00

Our U-20 national team plays a friendly match with Moldova in Qabala;

Football
03 October 2026, 03:18

Juventus demands €50‑60 million for Bruno Fernandes transfer – a serious financial obstacle

Football
03 October 2026, 02:14

Edin Chekho concluded his last match with the national team with an honour guard

Football
03 October 2026, 01:02

Tottenham and Liverpool are interested in Kaoru Mitoma for a transfer

Football
02 October 2026, 21:58

Nunu Mendeș comments on Ronald's departure from the national team

Related news