Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində iştirak edəcək "Elit polo club" komandasının açıq məşqi keçirilib.
"Report" xəbər verir ki, hazırlıq prosesi Binə Atçılıq Mərkəzində təşkil olunub.
6 nəfərdən ibarət komanda meydanda müxtəlif təmrinləri yerinə yetirib, oyun keçiriblər.
Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 11-13-də "Sea Breeze" istirahət mərkəzində təşkil olunacaq. Yarışın rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze"dir.
Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.