top
Bakıda 300 karateçinin iştirakı ilə Zəfər Kuboku turniri başa çatdı Report.az
02 November 2026, 13:22
- ↺ +

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Bakıda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər Kuboku" keçirilib.

Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

Turnirin təntənəli açılış mərasimində Dövlət Himni səsləndirilib. Ardınca müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu Zəfər dövlət başçısının qətiyyətli rəhbərliyinin, Ordumuzun qəhrəmanlığının, xalqımızın sarsılmaz birlik və həmrəyliyinin təcəssümüdür.

Azərbaycan Karate Federasiyası adından xalqımıza tarixi qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan xalqına, qəhrəman əsgər və zabitlərimizə dərin minnətdarlıq ifadə olunub. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət dilənib, qazilərimizin göstərdikləri şücaət və fədakarlıq ehtiramla qeyd edilib.

Açılış mərasimində Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, məşqçilər, idmançılar və digər qonaqlar iştirak ediblər.

Turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi mübarizə aparıb.

Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin ölkəmizdə karatenin inkişafının və kütləviliyinin təşviq edilməsi olub.

Tədbir çərçivəsində idmanın inkişafında və gənclərin sağlam, vətənpərvər ruhda yetişdirilməsində xidmətləri ilə fərqlənən bir sıra şəxslər təltif olunublar.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib və mükafatçılara Zəfər Günü münasibətilə xüsusi hazırlanmış medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Karate Federasiyasının rəhbərliyi, "Kyokuşin (kay) SENŞİ karate" üslubunun KWF nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib Bakıda karate üzrə Zəfər Kuboku keçirilib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 11:28

Sabah qapıcısı Stas Pokatilovun qurtarışı UEFA Çempionlar Liqasının ən yaxşıları sırasında

Football
Today, 11:10

Ayxan Abbasov: Flik "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi

Football
Today, 10:46

“Sabah”–“Barselona” oyununda azarkeşin vəfatı

Football
Today, 10:44

Meksikalı futbolçu Luis Alberto Rios Çaves matçdan sonra güllələnib və vəfat edib

Football
Today, 10:28

Mikels: "Barselona"ya ikinci qol vurmalı idim

Football
Today, 10:24

Beşiktaşın təyyarəsi Batumiyə eniş edə bilmədi, uçuş təhlükəli oldu

Football
Today, 10:11

“Sabah” UEFA bayrağı altında 14 ev oyununda heç-heçə yoxdur

Football
Today, 10:00

Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı olmaq şansı var

Volleyball
Today, 09:43

"DH Volley" CEV Çelenc Kubokunun 1/16 finalında Polşanın LKS komandasını qəbul edəcək

Football
Today, 09:42

Beşiktaş

Football
Today, 09:36

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV turda 18 qarşılaşma baş tutacaq

Football
Today, 09:18

Stas Pokatilov “Sabah” kapitanı olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır

Football
Today, 09:17

U-21 milli futbolçusu Lorenso Mezzotero Sampdoriya üçün iki qol vurdu

Volleyball
Today, 09:02

Xilasedici komandası CEV Çempionlar Liqası III təsnifat mərhələsində cavab matçına çıxır

Football
Today, 09:00

Alisson Becker Liverpoolun tarixində ilk assist edən qapıçı oldu

Football
Today, 08:18

Sampdoriyanın 18 yaşlı futbolçusu Loorenzo Mezzoteri Padova qarşısında dubl etdi

Football
Today, 08:00

Avropa Liqası V turunda Beşiktaş, Leverkuzen, Milan və Juventusun meydanları

Football
Today, 07:48

Sabah qapıçısı ÇL-də ən çox qurtarış etdi

Others
Today, 07:00

Rafael Ağayev: Anasının nişan üzüyünü satması sayəsində dünya karatesinin 'Qara brilyantı'na çevrilən idmançının uğur hekayəsi

Football
Today, 03:34

Bakıdakı 'Sabah'‑Barselona matçının video icmalı

Football
Today, 02:48

İran və BƏƏ matçı hakiminin sərxoş olduğu iddiası

Football
Today, 02:28

Barselona ilə “Sabah” oyunu sonrası Bakı Olimpiya Stadionunda izdiham

Football
Today, 02:20

Mançester Yunayted 2:2 ilə nəticələndi, Fənərbağça 1:0 qələbə qazandı: Çempionlar Liqası V turu nəticələri

Football
Today, 02:04

PSJ və Roma komandaları 2:2 hesabı ilə dəyəndi

Related news