top
AAF prezidenti Kamran Nəbizadə Priştinada 15 medal qazanan ağırlıqqaldıranları qəbul etdi Report.az
01 September 2026, 15:31
- ↺ +

AAF prezidenti Kamran Nəbizadə Priştinada 15 medal qazanan ağırlıqqaldıranları qəbul etdi

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə Kosovonun paytaxtı Priştinada keçirilmiş Avropa birinciliyində 15 medal qazanmış komanda üzvlərini qəbul edib.

Qurumdan "Report"a verilən məlumata görə, görüşdə AAF-ın vitse-prezidenti Firdovsi Umudov, yığmanın məşqçiləri, idmançılar və komandanın həkim heyəti iştirak ediblər.

Atletləri salamlayan Kamran Nəbizadə bildirib ki, Azərbaycanda idmanın inkişafı hər zaman prioritet istiqamətlərdən olub.

O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən idmançıların, xüsusilə də yeniyetmələrin sağlam mühitdə formalaşmasına böyük həssaslıqla yanaşılır. Müzəffər Ali Baş Komandanın aşıladığı qalib ruhun daşıyıcıları məhz bu gənclər və yeniyetmələrdir.

Daha sonra Avropa birinciliyindəki çıxışına görə hər bir idmançıya təşəkkürünü bildirən Kamran Nəbizadə onlardan gələcəkdə daha böyük uğurlar gözlədiyini diqqətə çatdırıb:

"Medal qazanan və Avropa birinciliyində iştirak edən hər bir idmançı ilə qürur duyuruq. Elə idmançılar oldu ki, onları medaldan 1-2 kq çəki ayırdı. Bu gün qazanılan nəticə bizi sevindirir, amma əlbəttə ki, inkişaf etməliyik, daha çox çalışmalıyıq. Burada məşqçilərimizin üzərinə böyük məsuliyyət düşür. Onların seçimi, onların işi düzgün qurması nəticəsini "körpücük"də göstərir. Deməli, çalışdıqca kəmiyyəti keyfiyyətə çevirmək mümkün olur. Əlbəttə, bütün bu uğurları nizam-intizam olmadan əldə etmək mümkün deyil. Bu baxımdan intizamlı kollektivin təşkilinə görə Firdovsi Umudova xüsusi təşəkkürümü bildirirəm. Hər birinizə gələcək yarışlarda uğurlar və yeni qələbə sevinci arzulayıram."

Firdovsi Umudov bildirib ki, Avropa birinciliyinə hazırlıq müddətində federasiya tərəfindən komanda üzvlərinə bütün şərait yaradılmışdı. Sevindirici haldır ki, idmançılar da bu şəraitin müqabilində etimadı doğrultdu:

"Bu yarış məşqçi heyətimizin seçiminin də doğruluğunu isbat etdi. Yığmanın heyətinə öz çəkisində lider olan və ən əsası nəticələri ilə Avropa birinciliyində rəqabət apara biləcək idmançılar cəlb olunmuşdular. Nizam-intizam məsələsi bizim üçün həmişə öndə gəlib. Komandadaxili ab-hava qaydasında olmasa, orada uğurdan söhbət gedə bilməz. Ona görə də hər kəs ümumi qaydalara riayət etməli və bir amal ətrafında birləşməlidir. Qarşıda bizi böyük yarışlar gözləyir. Etdiklərimizi unudub, edəcəklərimizə fokuslanmalıyıq. Çünki bizim beynəlxalq arenalarda uğurlu çıxışımız bayrağımızın dalğalanması, himnimizin səslənməsi deməkdir".

Daha sonra yığma komandanın baş məşqçisi Sərdar Həsənov Avropa birinciliyinin yekunları ilə bağlı danışıb:

"İdmançıların hər birindən medal gözləyirdik. Çünki yaxşı hazırlıq keçmişdik. Bu müddətdə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Çünki hazırlıq yarışdan daha vacibdir. Çalışacağıq ki, qarşıdakı yarışlarda da nəticələrimizi inkişaf etdirək".

Görüşün sonunda Kamran Nəbizadə komanda üzvləri ilə xatirə fotosu çəkdirib.

Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 02:57

Harri Keyn 2025/26 mövsümü üçün Qızıl Top mükafatını qazandı

Football
Today, 00:32

Qalatasaray 2-1 Fenarbaga: Osimhenin golları liderliyini qorudu

Football
Yesterday, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026‑cı ilin qalibləri barədə yanlış məlumat

Football
Yesterday, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı

Football
Yesterday, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Football
Yesterday, 21:22

Rövşən Nəcəf və Gianni Infantino Hövsanda U-15 Dünya Çempionatının oyunlarını izləyiblər

Football
Yesterday, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrılacağını bəyənib

Wrestling
Yesterday, 18:05

Elnur Müzəffərov: Eldəniz Əzizlinin Qazaxıstan Dünya Çempionatında qızıl medal qazanacağına böyük inamımız var

Football
Yesterday, 17:23

Barselonanın futbolçusu Xavi Espart Bakıda Sabaha qarşı UEFA Çempionlar Liqası oyununda iştirak etməyəcək

Football
Yesterday, 17:13

Arsenalın müdafiəçisi Gabriel Magalhães Premier Liqada 200-cu oyununu qeyd etdi

Football
Yesterday, 16:47

Rəşad Abdullayev: U-15 dünya çempionatı Azərbaycanlı məşqçilər və futbolçular üçün böyük təcrübə gətirəcək

Judo
Yesterday, 16:35

Veteran cüdoçusu Fərhad Rəcəbli: 12-ci dəfə Avropanın ən güclüsü olduğum üçün qürurluyam

Football
Yesterday, 15:59

Modrić broke Ibrahimović's Serie A record

Football
Yesterday, 15:41

Napoli and Barcelona are seeking a transfer for Swedish player Berghvall

Chess
Yesterday, 15:26

In the quiz show 'Who Wants to Be a Millionary?', a participant lost the chance to win a large sum of one million lira due to a chess question;

Football
Yesterday, 15:20

Barcelona signs new contract with 19-year-old midfielder Mark Bernal until 2031

Wrestling
Yesterday, 15:11

Azerbaijani Greco-Roman wrestler Ulvi Qənizade to undergo knee surgery

Football
Yesterday, 15:04

Elvin Məmmədov: Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan futbol yığması ola bilər

Others
Yesterday, 14:43

Mahmud Qurbanov: "Əsas məqsəd kənarda qalan futbolçuları itirməməkdir"

Football
Yesterday, 14:42

Azerbaijani TV channels will not broadcast the 'Ballon d'Or' ceremony

Football
Yesterday, 14:40

Juventus plans to sell Juan Cabal during the winter transfer window.

Football
Yesterday, 14:38

Famil Khalilov: Azerbaijan's U-15 national team defeated Israel to finish the group in second place

Football
Yesterday, 14:27

Manchester United lost 3:0 to their eighth opponent Bournemouth and replicated the longest winless anti-record of the 21st century

Football
Yesterday, 14:27

Emil Bayramov: We are striving to maintain our leadership

Related news