top
11‑13 sentyabrda Sea Breeze Resort‑da Beynəlxalq Çimərlik Polosu Turniri “See Breeze 2026” keçiriləcək Report.az
01 September 2026, 15:24
- ↺ +

11‑13 sentyabrda Sea Breeze Resort‑da Beynəlxalq Çimərlik Polosu Turniri “See Breeze 2026” keçiriləcək

Çimərlik polosu üzrə "See Breeze 2026" turniri 11–13 sentyabrda "Sea Breeze Resort" ərazisində, "Havana Beach"də keçiriləcək.

"Report"un məlumatına görə, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze"dir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.

Turnir çərçivəsində 11, 12 və 13 sentyabr tarixlərində hər gün saat 16:00-dan etibarən 2 polo oyunu keçiriləcək. Komandaların hansı gün və hansı rəqiblə qarşılaşacağı oyunlardan bir gün əvvəl keçiriləcək püşkatma əsasında müəyyənləşdiriləcək.

Beach Polo formatında hər oyun 4 hissədən – çukkerdən ibarətdir. Hər çukker təxminən 7 dəqiqə davam edir. Fasilələr nəzərə alınmaqla bir oyunun ümumi müddəti təxminən 30–40 dəqiqə təşkil edir. Hava şəraiti və temperaturdan asılı olaraq oyunların müddətində və proqramda müəyyən dəyişikliklər edilə bilər.

Turnirin final oyunu 13 sentyabr saat 16:00-da keçiriləcək. Final oyunundan sonra qaliblərin mükafatlandırılması və kubokun təqdim edilməsi mərasimi təşkil olunacaq.

Tədbir çərçivəsində idman proqramı ilə yanaşı, tamaşaçılar üçün DJ proqramı və əyləncə elementləri də nəzərdə tutulur. Turnirə giriş bilet əsasında həyata keçiriləcək və üç gün ərzində ümumilikdə təxminən 500 tamaşaçının iştirakı gözlənilir.

Turnirin oyunları "İdman TV" tərəfindən canlı yayımlanacaq. Bununla yanaşı, beynəlxalq polo auditoriyasına yönəlmiş "Polo Line" internet kanalı da tədbirdə iştirak edərək turnirin media işıqlandırılmasına və polo ictimaiyyətinə çatdırılmasına töhfə verəcək.

Çimərlik polosu üzrə "See Breeze 2026" Azərbaycanın atçılıq idmanının yeni və dinamik formatda təqdim olunması, beynəlxalq polo icması ilə əlaqələrin genişləndirilməsi, ölkənin polo və atçılıq mədəniyyətinin təbliği, eləcə də Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsi üzrə potensialının nümayiş etdirilməsi baxımından əhəmiyyətli tədbir kimi nəzərdə tutulur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 02:57

Harri Keyn 2025/26 mövsümü üçün Qızıl Top mükafatını qazandı

Football
Today, 00:32

Qalatasaray 2-1 Fenarbaga: Osimhenin golları liderliyini qorudu

Football
Yesterday, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026‑cı ilin qalibləri barədə yanlış məlumat

Football
Yesterday, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı

Football
Yesterday, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Football
Yesterday, 21:22

Rövşən Nəcəf və Gianni Infantino Hövsanda U-15 Dünya Çempionatının oyunlarını izləyiblər

Football
Yesterday, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrılacağını bəyənib

Wrestling
Yesterday, 18:05

Elnur Müzəffərov: Eldəniz Əzizlinin Qazaxıstan Dünya Çempionatında qızıl medal qazanacağına böyük inamımız var

Football
Yesterday, 17:23

Barselonanın futbolçusu Xavi Espart Bakıda Sabaha qarşı UEFA Çempionlar Liqası oyununda iştirak etməyəcək

Football
Yesterday, 17:13

Arsenalın müdafiəçisi Gabriel Magalhães Premier Liqada 200-cu oyununu qeyd etdi

Football
Yesterday, 16:47

Rəşad Abdullayev: U-15 dünya çempionatı Azərbaycanlı məşqçilər və futbolçular üçün böyük təcrübə gətirəcək

Judo
Yesterday, 16:35

Veteran cüdoçusu Fərhad Rəcəbli: 12-ci dəfə Avropanın ən güclüsü olduğum üçün qürurluyam

Football
Yesterday, 15:59

Modrić broke Ibrahimović's Serie A record

Football
Yesterday, 15:41

Napoli and Barcelona are seeking a transfer for Swedish player Berghvall

Chess
Yesterday, 15:26

In the quiz show 'Who Wants to Be a Millionary?', a participant lost the chance to win a large sum of one million lira due to a chess question;

Football
Yesterday, 15:20

Barcelona signs new contract with 19-year-old midfielder Mark Bernal until 2031

Wrestling
Yesterday, 15:11

Azerbaijani Greco-Roman wrestler Ulvi Qənizade to undergo knee surgery

Football
Yesterday, 15:04

Elvin Məmmədov: Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan futbol yığması ola bilər

Others
Yesterday, 14:43

Mahmud Qurbanov: "Əsas məqsəd kənarda qalan futbolçuları itirməməkdir"

Football
Yesterday, 14:42

Azerbaijani TV channels will not broadcast the 'Ballon d'Or' ceremony

Football
Yesterday, 14:40

Juventus plans to sell Juan Cabal during the winter transfer window.

Football
Yesterday, 14:38

Famil Khalilov: Azerbaijan's U-15 national team defeated Israel to finish the group in second place

Football
Yesterday, 14:27

Manchester United lost 3:0 to their eighth opponent Bournemouth and replicated the longest winless anti-record of the 21st century

Football
Yesterday, 14:27

Emil Bayramov: We are striving to maintain our leadership

Related news