top
Ülvi Əliyev: Qazaxıstana məğlubiyyətə görə məyusuq, amma bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik Report.az
14 April 2026, 12:41
- ↺ +

Ülvi Əliyev: Qazaxıstana məğlubiyyətə görə məyusuq, amma bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik

Yoldaşlıq oyununda Qazaxıstana 2:9 hesabı ilə uduzan Azərbaycanın futzal millisinin üzvləri nəticəyə görə məyusdurlar.

"Report" xəbər verir ki, bu barədə komandanın oyunçusu Ülvi Əliyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

O, ötən gün baş tutan qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Rəqibin gücünü bilirdik. Təsadüfi deyil ki, bu gün Avropanın 4-cü ən güclü komandasıdır. Dünya çempionatında da kifayət qədər yaxşı çıxış etmişdilər. Düzdür, Avropa çempionatının final mərhələsinə vəsiqəni pley-off oyunlarında əldən verdilər. Rəqabətli çempionatları var. Oyun gərgin keçdi. 12-13 dəqiqə yaxşı mübarizə apardıq. Yorğunluq tədricən sözünü dedi. Çünki rəqibdən fərqli olaraq, biz Tbilisdə 2 ağır görüş keçirmişdik, üstəlik, Aktauya gecə saatlarında gəldik və məşq etmədən oyuna çıxdıq. Dediklərim bəhanə kimi qəbul olunmasın. Nəticəyə görə məyusuq, ancaq bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik".

Ü.Əliyev heyətdə gənc futzalçıların olduğunu xatırladıb:

"Yeni sistem qurulur, baş məşqçinin tələbi fərqlidir. Oyun təcrübəsi azdır, bu cür qarşılaşmalar bu boşluğu doldurmaq üçün bizə çox kömək edəcək. Yenə deyirəm, vəziyyət düşünüldüyü qədər də ağır deyil. Əsas odur ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, oyunumuzu təkmilləşdirək. Vacib olan rəsmi matçlardır ki, ona qədər hazır olmalıyıq".

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də "BS Arena"da reallaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 09:09

UEFA Çempionlar Liqası V turu: 9 qarşılaşma baş tutacaq, "Fənərbağça" "Şaxtyor"la üzləşəcək

Football
Today, 09:00

"Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Football
Today, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Football
Today, 07:00

15 yaşında ulduz, 22-də məhbus: Cermeyn Pennantın karyerasının çətin yolu

Football
Today, 06:01

Manchester City futbolçusu Erling Haaland ilə Polşalı elektrik ustası arasında əmtəə nişanı mübahisəsi

Football
Today, 05:38

Real Madrid UEFA Çempionlar Liqasının V turunda PSV-yə 5:1 məğlubiyyətlə qələbə seriyasını on oyuna çatdırdı

Football
Today, 02:08

Arsenal ilə Borussia Dortmundun 1:1 bərabərliyi

Football
Today, 02:02

Real Madrid Santyaqo Bernabeu stadionunda PSV-yə 5:1 qalib gəldi

Football
Today, 01:56

"Mançester Siti" - "Napoli" Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Football
Today, 00:32

Ronaldo 987-ci qolunu "Əl-Nəsr"in "Əl-Sədd"ə qələbəsində vurdu

Football
Yesterday, 23:18

Barselona futbolçusu Jül Künde Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Football
Yesterday, 22:57

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb

Football
Yesterday, 22:48

Tiaqo Silva karyerasını bitirmək fikrindən daşınıb, daha bir mövsüm oynamağı planlaşdırır

Football
Yesterday, 21:50

2028-ci il Amerika Kubokuna ABŞ-da üçüncü dəfə ev sahibliyi edəcək

Football
Yesterday, 21:00

Barnet futbolçusunun zorakılıq ittihamları ilə həbs edilməsi

Qarabagh FC
Yesterday, 20:53

Andrey Arşavin "Səbahi-Barselona" qarşılaşmasını izləmək üçün Bakıya gəlib

Others
Yesterday, 20:08

Marneulidə GCL komandaasının qoşması ilə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub

Football
Yesterday, 20:05

Flik Çempionlar Liqasında "Sabah"ı La Liqa klubları ilə müqayisə etdi

Football
Yesterday, 20:00

De Yonq: "Yamalın yoxluğu hiss olunacaq, amma geniş heyətimiz var"

Football
Yesterday, 19:26

CAS Afrika çempionluğunu Seneqala qaytarır

Football
Yesterday, 19:24

FIFA, Türkiyənin Gənclərbirliyi və Pendikspor klublarına transfer qadağası tətbiq etdi

Football
Yesterday, 18:55

Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!

Football
Yesterday, 18:47

“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu

Football
Yesterday, 18:38

“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas

Related news