top
15 yaşında ulduz, 22-də məhbus: Cermeyn Pennantın karyerasının çətin yolu Oxu.az
Today, 07:00
- ↺ +

15 yaşında ulduz, 22-də məhbus: Cermeyn Pennantın karyerasının çətin yolu

Bir vaxtlar İngiltərənin ən böyük futbol istedadlarından biri hesab olunurdu. Cəmi 15 yaşında peşəkar futbolda debüt etdi, 16 yaşında "Arsenal"a keçdi. Onun uğurlu karyera quracağına inananlar çox idi. Ancaq intizamsızlıq, şəxsi problemlər və yanlış qərarlar karyerasını gözlənilməz istiqamətə yönəltdi.

Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə istedadı ilə böyük ümidlər vəd edən, lakin həyatında yol verdiyi səhvlər səbəbindən karyerasını çətinliklərlə davam etdirməli olan Cermeyn Pennantın hekayəsindən bəhs edəcəyik.

15 yaşında diqqətləri üzərinə çəkdi

Pennant 1983-cü il yanvarın 15-də İngiltərənin Nottingem şəhərində anadan olub. Erkən yaşlarından futbola maraq göstərən yarımmüdafiəçi 1998-ci ilin dekabrında, cəmi 15 yaşında "Notts Kaunti"nin əsas komandasında debüt edib.

Onun istedadı böyük klubların diqqətindən yayınmayıb. 1999-cu ildə, 16-cı doğum günündə "Arsenal"a keçib. London təmsilçisi gənc futbolçu üçün "Notts Kaunti"yə iki milyon funt sterlinq ödəyib.

Pennant "Arsenal"ın əsas komandasında debüt edəndə 16 yaş 319 günlük idi. Bununla da o, klub tarixində əsas komandada meydana çıxan ən gənc futbolçulardan biri olub.

2003-cü ilin mayında isə İngiltərə Premyer Liqasında "Sauthempton"la qarşılaşmada het-trik edərək adından söz etdirib. Həmin vaxt onun uğurlu karyera qurması üçün bütün imkanlar var idi.

İdmandan kənar: 15 yaşında ulduz, 22 yaşında məhbus: Böyük ümidlər vəd edən futbolçunun taleyi - Foto

Böyük istedad, amma sabitlik problemi

Pennantın əsas problemi meydandakı bacarıqları ilə deyil, meydandan kənardakı davranışları ilə bağlı idi. O, "Arsenal"da müntəzəm oynamaq imkanı qazana bilmirdi. "Uotford" və "Lids" klublarına icarəyə göndərilməsi də karyerasında sabitlik yaratmadı.

"Lids"də icarə əsasında çıxış edən futbolçu 2004-cü ildə yenidən London klubuna qayıtdı. Lakin onun üçün əsas heyətdə yer almaq hələ də çətin idi.

2005-ci ilin yanvarında isə "Birmingem Siti"yə icarəyə verildi. Həmin vaxt Pennantın 22 yaşı var idi. Onun karyerasının ən yaddaqalan hadisələrindən biri də məhz bu dövrdə baş verdi.

İdmandan kənar: 15 yaşında ulduz, 22 yaşında məhbus: Böyük ümidlər vəd edən futbolçunun taleyi - Foto

Bir gecəlik səhv və üç aylıq həbs

Pennant 2005-ci ilin yanvarında sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi törədib. Üstəlik, həmin vaxt onun nəqliyyat vasitəsini idarə etmək hüququ da məhdudlaşdırılmışdı.

Futbolçu "Mercedes" markalı avtomobillə Eylsberi şəhərində yol kənarındakı dirəyə çırpılıb. Hadisə yerinə gələn polis əməkdaşları avtomobilin dirəyi sürüyərək hərəkət etdiyini görüblər.

Pennant sərxoş vəziyyətdə avtomobil idarə etməkdə, sürücülük hüququ olmadan sükan arxasına keçməkdə və sığortasız nəqliyyat vasitəsindən istifadə etməkdə təqsirli bilinib. 2005-ci il martın 1-də məhkəmə ona üç aylıq həbs cəzası verib. Həmin vaxt futbolçunun cəmi 22 yaşı var idi.

Bu hadisə onun karyerasına ciddi zərbə vura bilərdi. Ancaq "Birmingem Siti" rəhbərliyi futbolçudan üz döndərməyib və onun komandaya qayıtmasına şərait yaradıb.

İdmandan kənar: 15 yaşında ulduz, 22 yaşında məhbus: Böyük ümidlər vəd edən futbolçunun taleyi - Foto

Həbsdən çıxdı, iki gün sonra meydana qayıtdı

Pennant üç aylıq həbs cəzasının yalnız 31 gününü həbsxanada keçirib. Martın 31-də azadlığa buraxılıb. Lakin bu, onun tam sərbəst olması demək deyildi. Azadlığa buraxılma şərtlərinə əsasən, futbolçu elektron izləmə qolbağı taxmalı və müəyyən saatlarda evdə olmalı idi.

"Birmingem Siti" rəhbərliyi onun məşqlərə və oyunlara qayıtmasını istəyirdi. Bunun üçün İngiltərə Premyer Liqasına müraciət edilib və futbolçunun elektron qolbaqla meydana çıxmasına icazə verilib.

Beləliklə, 2005-ci il aprelin 2-də "Tottenhem"lə qarşılaşmada Pennant start heyətində yer alıb. Həbsdən çıxdıqdan cəmi iki gün sonra meydana qayıdan futbolçunun ayağında elektron izləmə qolbağı olub.

Pennant İngiltərə Premyer Liqası tarixində elektron izləmə qolbağı ilə meydana çıxan ilk futbolçu kimi yadda qalıb. O, həmin görüşün 55-ci dəqiqəsində əvəzlənib. Buna baxmayaraq, onun meydana bu şəkildə qayıtması futbol tarixinin ən qeyri-adi hadisələrindən birinə çevrilib.

İdmandan kənar: 15 yaşında ulduz, 22 yaşında məhbus: Böyük ümidlər vəd edən futbolçunun taleyi - Foto

"Birmingem"dən "Liverpul"a, Çempionlar Liqasının finalına

Pennantın hekayəsi həbsdən sonra bitməyib. Əksinə, o, "Birmingem"də yenidən özünü göstərmək imkanı qazanıb. Klub 2005-ci ilin yayında onu "Arsenal"dan birdəfəlik transfer edib.

2006-cı ildə isə futbolçu uşaqlıqdan azarkeşi olduğu "Liverpul"a keçib. Bu, onun karyerasının ən mühüm mərhələlərindən biri olub.

Pennant 2007-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının finalında meydana çıxıb. İngiltərə klubu həmin görüşdə "Milan"a 1:2 hesabı ilə məğlub olsa da, bu qarşılaşma futbolçunun karyerasının ən yaddaqalan anlarından biri olub.

Daha sonra "Real Saraqosa", "Stok Siti", "Vulverhempton" və digər klublarda çıxış edib. Ancaq heç vaxt gənclik illərində onun üçün proqnozlaşdırılan səviyyədə sabit və uğurlu karyera qura bilməyib.

Cermeyn Pennantın hekayəsi futbolun yalnız istedad və bacarıqdan ibarət olmadığını göstərir. Bəzən bir neçə yanlış qərar illərlə qurulan karyeranı təhlükə altına sala bilər. Onun həbsxanadan Premyer Liqa meydanına uzanan yolu isə futbol tarixinin ən qeyri-adi dönüşlərindən biri kimi yadda qalıb.

İdmandan kənar: 15 yaşında ulduz, 22 yaşında məhbus: Böyük ümidlər vəd edən futbolçunun taleyi - Foto

Daha sonra "Real Saraqosa", "Stok Siti", "Vulverhempton" və digər klublarda çıxış edib. Ancaq heç vaxt gənclik illərində onun üçün proqnozlaşdırılan səviyyədə sabit və uğurlu karyera qura bilməyib.

Cermeyn Pennantın hekayəsi futbolun yalnız istedad və bacarıqdan ibarət olmadığını göstərir. Bəzən bir neçə yanlış qərar illərlə qurulan karyeranı təhlükə altına sala bilər. Onun həbsxanadan Premyer Liqa meydanına uzanan yolu isə futbol tarixinin ən qeyri-adi dönüşlərindən biri kimi yadda qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Football
Today, 06:01

Manchester City futbolçusu Erling Haaland ilə Polşalı elektrik ustası arasında əmtəə nişanı mübahisəsi

Football
Today, 05:38

Real Madrid UEFA Çempionlar Liqasının V turunda PSV-yə 5:1 məğlubiyyətlə qələbə seriyasını on oyuna çatdırdı

Football
Today, 02:08

Arsenal ilə Borussia Dortmundun 1:1 bərabərliyi

Football
Today, 02:02

Real Madrid Santyaqo Bernabeu stadionunda PSV-yə 5:1 qalib gəldi

Football
Today, 01:56

"Mançester Siti" - "Napoli" Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Football
Today, 00:32

Ronaldo 987-ci qolunu "Əl-Nəsr"in "Əl-Sədd"ə qələbəsində vurdu

Football
Yesterday, 23:18

Barselona futbolçusu Jül Künde Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Football
Yesterday, 22:57

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb

Football
Yesterday, 22:48

Tiaqo Silva karyerasını bitirmək fikrindən daşınıb, daha bir mövsüm oynamağı planlaşdırır

Football
Yesterday, 21:50

2028-ci il Amerika Kubokuna ABŞ-da üçüncü dəfə ev sahibliyi edəcək

Football
Yesterday, 21:00

Barnet futbolçusunun zorakılıq ittihamları ilə həbs edilməsi

Qarabagh FC
Yesterday, 20:53

Andrey Arşavin "Səbahi-Barselona" qarşılaşmasını izləmək üçün Bakıya gəlib

Others
Yesterday, 20:08

Marneulidə GCL komandaasının qoşması ilə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub

Football
Yesterday, 20:05

Flik Çempionlar Liqasında "Sabah"ı La Liqa klubları ilə müqayisə etdi

Football
Yesterday, 20:00

De Yonq: "Yamalın yoxluğu hiss olunacaq, amma geniş heyətimiz var"

Football
Yesterday, 19:26

CAS Afrika çempionluğunu Seneqala qaytarır

Football
Yesterday, 19:24

FIFA, Türkiyənin Gənclərbirliyi və Pendikspor klublarına transfer qadağası tətbiq etdi

Football
Yesterday, 18:55

Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!

Football
Yesterday, 18:47

“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu

Football
Yesterday, 18:38

“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas

Football
Yesterday, 18:28

Dambrauskas: Sabah-Barselona matçı - Yamalın iştirak etməməsi Hans Flik üçün problem deyil

Football
Yesterday, 18:22

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik"

Related news