top
Rövşən Hüseynli: Əsas məqsədimiz mövsümü iki kubokla qapatmaqdır Report.az
19 May 2026, 16:33
- ↺ +

Rövşən Hüseynli: "Əsas məqsədimiz mövsümü iki kubokla qapatmaqdır"

Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi olan "Araz-Naxçıvan"ın məqsədi mövsümü iki kubokla başa vurmaqdır.

Bunu "Report"a açıqlamasında komandanın qapıçısı Rövşən Hüseynli deyib.

35 yaşlı qolkiper ölkə çempionatının həlledici matçında "Neftçi" İK-ə qarşı oyunun ağır keçdiyini deyib:

"İki ay öncəki matçda rəqibə məğlub olduğumuz üçün bu dəfə mütləq qalib gəlməli idik. Bütün hazırlıqlarımız bu yöndə idi. Gözlədiyimizdən də çətin qarşılaşma alındı. Hesabda geriyə düşdük, 0:2 uduzurduq. Lakin öncədən müəyyənləşdirdiyimiz plan üzrə işləməyə davam etdik. Oyuna Emin Kürdov əsas heyətdə başladı, müəyyən müddətdən sonra mən meydana daxil oldum. Qapıçını meydan oyunçusuna dəyişməklə üstünlük yaratmaq istədik və bu, işimizə yaradı. İkinci hissədə isə fərqli "4-lük"lərlə oynadıq, taktikanı dəyişdik. Belə gərgin matçlarda səhvlər qaçılmazdır, istədiyin nəticə üçün risk etməlisən. Yekunda bizə lazım olan qələbəni qazandıq və çempion olduq".

O, Azərbaycan Kubokunun finalında yenidən "Neftçi" İK-ə qarşı keçiriləcək oyun barədə fikirlərini də bölüşüb:

"Əsas məqsədimiz mövsümü iki kubokla qapatmaqdır. Avrokuboklara vəsiqə baxımından bu oyunun elə bir əhəmiyyəti olmasa da, mövsümü məğlubiyyətlə bitirmək istəmirik. Baş məşqçimiz də bu fikirdədir".

R.Hüseynli növbəti mövsümlə bağlı planlardan danışmağın hələ tez olduğunu vurğulayıb:

"Dünən çempion olmuşuq və hələ ki bunun dadını çıxarmaq istəyirik. Növbəti mövsüm barədə danışmaq çox tezdir. Çünki komandada istər yerli, istərsə də legioner futbolçuların, həmçinin baş məşqçinin müqaviləsinin müddəti başa çatır. Heyətin necə olacağı hələ bilinmir. Hazırda konkret rəsmi təklif olmasa da, xarici klublardan maraqlananlar və müəyyən siqnallar var. Ölkə və klub adı çəkmək istəmirəm. Hazırda harasa getmək və ya komandada qalmaq barədə qəti qərarım yoxdur. Çünki hələ mövsüm və çempionluq atmosferi tam bitməyib".

Qeyd edək ki, ölkə çempionatının son matçında "Araz-Naxçıvan" "Neftçi" İK-i 5:2 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib

Others
Yesterday, 22:30

Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib

Football
Yesterday, 19:31

Famil Xəlilov: U-16 Azərbaycan millisi növbəti oyunlarda qalib gələrək təcrübə toplayacaq

Wrestling
Yesterday, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Judo
Yesterday, 16:57

Xankəndidə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Qarabagh FC
Yesterday, 16:51

AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularına qarşı qərarlarını açıqladı

Football
Yesterday, 16:33

AFFA-nın İntizam Komitəsi 10 komandaya texniki məğlubiyyət cəzası verib

Football
Yesterday, 16:27

AFFA "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırdı

Others
Yesterday, 16:23

"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb

Qarabagh FC
Yesterday, 16:20

Ağdam klubi "Sabah" matçında azarkeşlərinin pis rəftarı səbəbindən 6 000 manat cərimələnib

Olympics
Yesterday, 16:14

Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq

Football
Yesterday, 15:53

Qarabağ Kubokunun II təsnifat mərhələsində İmişli, Şamaxı və Şahdağ Qusar 1/8 finala yüksəldi

Basketball
Yesterday, 15:48

"Sabah"ın basketbolçusu Mindauqas Suşinskas: FIBA Çempionlar Liqasında qrupdan çıxmaq şansı bizdədir

Boxing
Yesterday, 15:37

ABF rəsmisi Nağı Səfərov: Boks yığmasının 4 qitə birinciliyində qazandığı 25 medala məmnuniyyət ifadə etdi

Football
Yesterday, 14:45

Çelsi Mateo Kovaçiçi üçün Mançester Sitidən geri qaytarmaq planlarını nəzərdən keçirir

Boxing
Yesterday, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb

Football
Yesterday, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Football
Yesterday, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Football
Yesterday, 11:03

FIFA U-15 Dünya Çempionatı iştirakçıları üçün əyləncəli festival təşkil edildi

Others
Yesterday, 10:26

Bakıda Dünya Atletikasının dəstəyi ilə məşqçi seminarı başladı

Volleyball
Yesterday, 10:21

Leyla Əliyeva: EEVZA çempionatında beşinci yer istədiyimiz nəticə deyil

Qarabagh FC
Yesterday, 09:39

Qarabağ U-19 Uşaqları 15:30-da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında Oyunçu

Basketball
Yesterday, 09:32

"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə “Denizli Basket” komandası ilə qarşılaşacaq

Basketball
Yesterday, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Related news