"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən Çexiyanın "Slaviya" klubu futbolçusunu icarəyə göndərib.
"Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda 23 yaşlı mərkəz müdafiəçisi Denis Qalinskini ölkənin digər komandası olan "Pardubitse"yə 6 aylıq icarəyə verib.
Tərəflər arasında imzalanan müqavilədə futbolçunun satınalma bəndi nəzərdə tutulmayıb.
Qeyd edək ki, "Sabah" "Slaviya"ya qarşı oyununu oktyabrın 13-də Bakıda keçirəcək.