top
PSJ Bornmutun hücumçusunu 95 milyon avroya ala bilər Report.az
Today, 15:30
- ↺ +

PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Fransanın PSJ klubu İngiltərənin "Bornmut" komandasında çıxış edən hücumçu Eli Junior Krupini qış transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Paris təmsilçisi komandanın hücum xəttindəki futbolçuların ciddi zədələri fonunda 20 yaşlı oyunçunun transferi ilə bağlı danışıqları intensivləşdirə bilər.

Belə ki, Fransa millisinin hücumçusu Dezire Due noyabrın 21-də çempionatın XI turunda "Nitsa" ilə keçirilən və 3:2 hesabı ilə başa çatan oyunda dizindən zədələnib. Bundan əvvəl isə Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya çarpaz bağlarının qırılması səbəbindən sıradan çıxıb.

Nəşrin məlumatına görə, PSJ-nin baş məşqçisi Luis Enrike Krupinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir. Hücum xəttinin gücləndirilməsi zərurəti klub rəhbərliyini artıq yanvar ayında transfer cəhdi göstərməyə sövq edə bilər.

Bununla yanaşı, fransalı futbolçu ilə Londonun "Arsenal" və "Tottenhem" klubları da maraqlanır. Bildirilir ki, Krupinin transferi potensial alıcıya ən azı 95 milyon avroya başa gələ bilər.

Lakin "Bornmut" qış transfer pəncərəsində əsas oyunçularından biri ilə yollarını ayırmaq niyyətində deyil. Bu isə mümkün transferi çətinləşdirə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 14:56

Poçettino köməkçilərindən ingilis dili danışmağı tələb edir

Others
Today, 14:20

"İdman Paytaxtı" Qazax şəhərində İdman Festivalına yekun vurulub

Football
Today, 14:07

PSJ-də şok itki

Football
Today, 13:22

Araz‑Naxçıvan vs Neftçi match lineups announced

Football
Today, 13:04

9-cu dəfə Braziliya çempionu oldular

Qarabagh FC
Today, 12:07

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib

Basketball
Today, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Football
Today, 11:42

Messi topu rəqibin başına vurdu, amma qırmızı kart vermədi: Hakim açıqladı

Football
Today, 11:41

Leandro Paredes müsahibə zamanı huşunu itirib

Minifootball
Today, 11:29

Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Football
Today, 11:00

Messi əsəblərinə hakim ola bilmədi: Topu qəsdən rəqib futbolçunun üzünə vurdu - Video

Formula 1
Today, 10:42

Maks Ferstappen Las-Veqas Qran-prisinin Qalibi Oldu

Football
Today, 10:26

“Real” dörd mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazandı

Football
Today, 10:12

Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu

Qarabagh FC
Today, 09:36

"Qarabağ" Gəncədə, "Neftçi" Şamaxıda: Premyer Liqada favoritlər üçün sınaq günü

Football
Today, 09:24

Messinin komandası böyük hesabla uduzdu - Video

Qarabagh FC
Today, 09:05

Premyer Liqa: Bu gün "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq

Football
Today, 09:00

Cənubi Amerika kubokunu yenə onlar qazandılar

Football
Today, 07:00

"İdmandan kənar": Dünyanı fəth edən "Pirat" özü ilə mübarizədə necə məğlub oldu? - Foto

Football
Today, 04:34

Mixail Mudrikdən şok etiraflar: "Arsenal" peşmanlığı, dopinq qalmaqalı, borca düşməsi və təhdidlər

Football
Today, 02:12

"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb

Football
Today, 01:38

“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video

Football
Today, 01:27

Yunuszadə sona kimi ehtiyatda qaldı

Related news