"Çelsi" klubunun futbolçusu Pedru Netu İngiltərədə klubunu dəyişə bilər.
"Report" "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Mançester Siti" hücumçu ilə maraqlanır.
26 yaşlı portuqaliyalı forvard Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının da gündəmindədir.
Onu izləyən klubların qış transfer dönəmində "Çelsi" rəhbərliyi ilə rəsmi əlaqəni bərpa etməsi gözlənilir. "Zadəganlar" Netunu 70-80 milyon avroya satmağa hazırdır.
Xatırladaq ki, oyunçu 2024-cü ildən London təmsilçisində çıxış edir. O, 2025/2026 mövsümündə 52 matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.