top
Mourinyo yenidən Real Madridə qayıda bilər Report.az
09 May 2026, 19:30
- ↺ +

Mourinyo yenidən "Real Madrid"ə qayıda bilər

Portuqaliyalı Joze Mourinyo yeni mövsümdə İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi vəzifəsinə qayıdacaq.

"Report" xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırda Portuqaliyanın "Benfika" komandasını çalışdıran Mourinyo bu vəzifəyə yeganə namizəddir. Klub rəhbərliyi hesab edir ki, komandanın soyunma otağındakı nəzarətdən çıxmış atmosferi yalnız portuqaliyalı normallaşdıra bilər.

Hazırda imzalanmış müqavilə yoxdur, lakin hər iki tərəf bir-birinin istəklərindən xəbərdardır və müqavilə yalnız zaman məsələsidir. "Benfika"nın prezidenti Rui Kosta artıq yeni baş məşqçi axtarışına başlayıb. Mourinyonun transfer maddəsi 3 milyon avrodur, lakin komandanın hazırkı böhranını nəzərə alsaq, bu, "Real Madrid" üçün məqbul rəqəmdir.

63 yaşlı Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid"ə rəhbərlik edərək komandanı İspaniya liqası, İspaniya Kuboku və İspaniya Super Kuboku tituluna çatdırıb. Portuqaliyalı mütəxəssis 2025-ci ilin sentyabr ayından bəri "Benfika"nı çalışdırır. O, həmçinin Portuqaliyanın "Leiria" və "Porto", İngiltərənin "Çelsi", "Mançester Yunayted" və "Tottenhem", İtaliyanın "İnter" və "Roma" klublarında, eləcə də Türkiyənin "Fənərbaxça" klubunda çalışıb.

Mourinyo iki fərqli klubla Çempionlar Liqasını qazanan altı məşqçidən biridir. 2017-ci ildə Avropa Futbol Assosiasiyaları Birliyi onu təşkilatın 1954-cü ildə yaranmasından bəri ən böyük 10 məşqçidən biri adlandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 01:36

Borussiya "Bayer"ə 2:1-ə məğlub oldu

Football
Yesterday, 22:45

Arsenal və Man City 2:2 nəticəsi ilə 4 qol vurdu

Formula 1
Yesterday, 22:30

Kimi Antonelli Qatar Qran-prisinin qalibi oldu

Football
Yesterday, 22:09

"Flik La Liqada tarixən ən çox 90 matç qələbəsi rekordunu qırdı"

Judo
Yesterday, 21:44

İki Azərbaycanlı qadın cüdoçusu Avropa Açıq Turnirində qızıl medal qazanıb

Football
Yesterday, 21:27

"Rafinha hattrik etdi, Lamin Yamal da qol vurdu"

Qarabagh FC
Yesterday, 21:06

Elvin Cəfərquliyev bərpa prosesi yaxşı getdiyi üçün yanvarda tam hazır olacaqdır

Qarabagh FC
Yesterday, 20:23

Misli Premier Liqasının 13‑cü turunda "Qarabağ – Sumqayıt" matçının 4:2 video icmalı

Football
Yesterday, 20:00

Manuel Noyer 2026/2027 mövsümünün sonunda futbolla vidalaşa bilər

Qarabagh FC
Yesterday, 19:18

"Qarabağ"ın müdafiəçisinin zədəsi; oyunçular komanda yoldaşına təsəlli verirlər - Video

Football
Yesterday, 18:39

"Şamaxı" 2 qolla "Qəbələ"ni məğlub etdi - Video

Others
Yesterday, 17:45

Yohannes Klebo Marit Byorqenin Dünya Kuboku rekorduna şərik çıxıb

Boxing
Yesterday, 17:18

Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib

Football
Yesterday, 16:49

"Beşiktaş" Nyukaslın yarımmüdafiəçisi Co Villoku yenidən hədəfə alıb

Football
Yesterday, 16:21

Şamaxı 2-0 Gəbələ ilə qalib gəldi

Qarabagh FC
Yesterday, 16:10

"Braziliya ilə Azərbaycan arasındakı saat fərqi yeganə çətinliyim idi"

Football
Yesterday, 15:12

"Bavariya"nın futbolçusu Konrad Laymer qeyri‑müəyyən müddətə sıradan çıxıb

Football
Yesterday, 14:58

Türam qolunu "GTA 6" oyununun personajına həsr etdi

Football
Yesterday, 14:48

"Real Madrid" idarə heyəti Mourinyoya erkən qolları həll etmək üçün məsləhətçi cəlb etməyi nəzərdən keçirir

Football
Yesterday, 14:30

Alfadco Sisse üçün İngiltərə Premyer Liqasından maraq yarandı – Çelsi və Brayton transferdə maraqlıdır

Football
Yesterday, 14:24

Mahir Emreli Polşa çempionatının son 4 oyununda 3 qola töhfə verib

Football
Yesterday, 13:58

Hansi Flik "Sabah"ın qolundan sonra əsəbiləşməsini açıqladı

Football
Yesterday, 13:36

"Şamaxı" - "Qəbələ": 13-cü turun matçının heyətləri açıqlanıb

Football
Yesterday, 13:25

Niklas Fyullkruq Bundesliqada Miroslav Klozenin rekordunu təkrarladı

Related news