top
Mirbağır İsayev: “Səbail” klubunun komandaları öz akademiya oyunçularıyla gücləndiriləcək Report.az
01 September 2026, 14:41
- ↺ +

Mirbağır İsayev: “Səbail” klubunun komandaları öz akademiya oyunçularıyla gücləndiriləcək

"Səbail" klubu öz komandalarını akademiyanın yetirmələri ilə təmin etmək niyyətindədir.

Bunu "Report"a açıqlamasında Bakı təmsilçisinin futbol akademiyasının direktoru Mirbağır İsayev deyib.

Mütəxəssis klubda xeyli işlər görüldüyünü vurğulayıb:

"Daha əvvəl 6 il "Səbail"in akademiyasının rəhbəri kimi fəaliyyət göstərmişdim. "Səbail"in məqsədi Premyer Liqaya vəsiqə qazanmaqdır. Bildiyiniz kimi, bununla bağlı klubda bir sıra işlər görülüb, yeni məşqçilər, futbolçular dəvət olunub. Rəhbərlik sağ olsun, inandılar və məni də dəvət etdilər. Mən də kömək etməyə hazır olduğumu bildirdim".

O, akademiyanın bərpası və komandaların formalaşdırılması prosesi barədə danışıb:

"Əsas komanda Premyer Liqadan düşdükdən sonra sabiq rəhbərlik akademiyanı saxlamadı və uşaqlar müxtəlif klublara getdilər. Yeni rəhbərliklə müzakirələrdən sonra akademiyanın fəaliyyətini bərpa etmək qərarına gəldik. Artıq 9 yaşdan 16 yaşadək komandalar yığılıb və bu mövsüm AFFA-nın bayrağı altında təşkil olunan çempionatlarda iştirak edəcəklər. U-17 və U-19 yaş qruplarını kənardan gətirilən futbolçularla deyil, öz akademiyamızda yetişən uşaqlarla təmin etmək niyyətindəyik".

UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri kimi də fəaliyyət göstərən M.İsayev paralel olaraq işinə davam edəcəyini deyib:

"AFFA-nın baş katibi Cahangir Fərəcullyevlə danışdım. Həm "Səbail"də, həm də AFFA-nın Elit Məşq Layihəsində işimi davam etdirəcəyəm. Dünən cənub bölgəsində idim. Seleksiya prosesi aparırıq. Əsas vəzifəmiz regionlarda klubsuz qalan istedadlı uşaqları üzə çıxarmaqdır. Seleksiya çərçivəsində Qarabağ bölgəsindən 9, Şəmkirdən 6, Gəncədən 5, Cənub zonası üzrə çoxlu potensiallı uşaq seçilib. Əsas məqsədimiz regionlarda futbolçuların itməsinin qarşısını almaq və onları ölkə futboluna qazandırmaqdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Football
Today, 02:57

Harri Keyn 2025/26 mövsümü üçün Qızıl Top mükafatını qazandı

Football
Today, 00:32

Qalatasaray 2-1 Fenarbaga: Osimhenin golları liderliyini qorudu

Football
Yesterday, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026‑cı ilin qalibləri barədə yanlış məlumat

Football
Yesterday, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı

Football
Yesterday, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Football
Yesterday, 21:22

Rövşən Nəcəf və Gianni Infantino Hövsanda U-15 Dünya Çempionatının oyunlarını izləyiblər

Football
Yesterday, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrılacağını bəyənib

Wrestling
Yesterday, 18:05

Elnur Müzəffərov: Eldəniz Əzizlinin Qazaxıstan Dünya Çempionatında qızıl medal qazanacağına böyük inamımız var

Football
Yesterday, 17:23

Barselonanın futbolçusu Xavi Espart Bakıda Sabaha qarşı UEFA Çempionlar Liqası oyununda iştirak etməyəcək

Football
Yesterday, 17:13

Arsenalın müdafiəçisi Gabriel Magalhães Premier Liqada 200-cu oyununu qeyd etdi

Football
Yesterday, 16:47

Rəşad Abdullayev: U-15 dünya çempionatı Azərbaycanlı məşqçilər və futbolçular üçün böyük təcrübə gətirəcək

Judo
Yesterday, 16:35

Veteran cüdoçusu Fərhad Rəcəbli: 12-ci dəfə Avropanın ən güclüsü olduğum üçün qürurluyam

Football
Yesterday, 15:59

Modrić broke Ibrahimović's Serie A record

Football
Yesterday, 15:41

Napoli and Barcelona are seeking a transfer for Swedish player Berghvall

Chess
Yesterday, 15:26

In the quiz show 'Who Wants to Be a Millionary?', a participant lost the chance to win a large sum of one million lira due to a chess question;

Football
Yesterday, 15:20

Barcelona signs new contract with 19-year-old midfielder Mark Bernal until 2031

Wrestling
Yesterday, 15:11

Azerbaijani Greco-Roman wrestler Ulvi Qənizade to undergo knee surgery

Football
Yesterday, 15:04

Elvin Məmmədov: Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan futbol yığması ola bilər

Others
Yesterday, 14:43

Mahmud Qurbanov: "Əsas məqsəd kənarda qalan futbolçuları itirməməkdir"

Football
Yesterday, 14:42

Azerbaijani TV channels will not broadcast the 'Ballon d'Or' ceremony

Football
Yesterday, 14:40

Juventus plans to sell Juan Cabal during the winter transfer window.

Football
Yesterday, 14:38

Famil Khalilov: Azerbaijan's U-15 national team defeated Israel to finish the group in second place

Football
Yesterday, 14:27

Manchester United lost 3:0 to their eighth opponent Bournemouth and replicated the longest winless anti-record of the 21st century

Related news