"Mançester Yunayted"in yeni baş məşqçisi Maurisio Poçettino komandanın sükanı arxasında uğursuz debüt edib.
QOL.az xəbər verir ki, argentinalı mütəxəssisin rəhbərliyi altında ilk oyununa çıxan Mançester təmsilçisi İngiltərə Premyer Liqasının 11-ci turunda səfərdə "Liverpul"a 0:4 hesabı ilə uduzub.
"Opta Analyst"in məlumatına görə, Poçettino bununla da "Mançester Yunayted" tarixində debüt matçında ən böyük hesablı məğlubiyyətə uğrayan baş məşqçilərin antirekordunu təkrarlayıb.
Daha əvvəl belə nəticə 1926-cı ilin oktyabrında qeydə alınmışdı. Həmin vaxt Lal Hildiçin rəhbərliyi altında ilk oyununu keçirən "Mançester Yunayted" İngiltərə çempionatında "Bolton"a 0:4 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, 11 turdan sonra "Mançester Yunayted" 8 xalla turnir cədvəlində 19-cu, "Liverpul" isə 21 xalla 4-cü yerdə qərarlaşıb.