top
Nihat Kahveci: 2008-ci ildə Çexiya qarşısında bir dəqiqəyə dəyişən tarix və zədələrə görə erkən bitən karyera Oxu.az
Today, 07:00
- ↺ +

Nihat Kahveci: 2008-ci ildə Çexiya qarşısında bir dəqiqəyə dəyişən tarix və zədələrə görə erkən bitən karyera

Bəzən futbolçunun bütün karyerasını bir neçə dəqiqəlik çıxışla xatırlayırlar. Nihat Kahveci üçün həmin dəqiqələr 2008-ci il Avropa çempionatında yaşandı. Çexiya ilə oyunun sonlarına yaxın Türkiyə iki top fərqi ilə geridə idi. Sonra Nihat səhnəyə çıxdı, iki dəfə fərqləndi və komandasını məğlubiyyətin astanasından tarixə daşıdı.

Amma onun hekayəsi yalnız həmin iki qoldan ibarət deyil. İstanbulda başlayan futbol yolu, İspaniyada qazandığı şöhrət, ağır zədələr və vaxtından əvvəl bitən karyera...

Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Türkiyə futbolunun yaddaqalan simalarından biri Nihat Kahvecinin həyat və karyerasından bəhs edəcəyik.

Beşiktaşda başlayan yol

Nihat Kahveci 1979-cu il noyabrın 23-də İstanbulda anadan olub. Futbola "Beşiktaş"ın akademiyasında başlayıb və 1997-1998-ci illər mövsümündə əsas komandaya yüksəlib.

Hələ gənc yaşlarında sürəti, zərbə texnikası və qol duyumu ilə seçilən hücumçu qısa müddətdə komandanın vacib oyunçularından birinə çevrilib. O, 2002-ci ilədək "Beşiktaş"ın heyətində 115 liqa matçında 53 qol vurub. Bu performans onun Avropaya yolunu açıb.

İdmandan kənar: Bir dəqiqəyə dəyişən tarix, yarımçıq qalan böyük karyera - Foto/Video

İspaniyada parlayan ulduz

2002-ci ilin yanvarında Nihat İspaniyanın "Real Sosyedad" klubuna transfer olunub. Bu keçid onun karyerasında dönüş nöqtəsinə çevrilib. İlk mövsümündə uyğunlaşma prosesi yaşayan türkiyəli futbolçu növbəti çempionatda əsl qol maşınına dönüb.

2002-2003-cü illər mövsümündə 35 liqa oyununda 23 qol vuran Nihat bombardirlər siyahısında ikinci yeri tutub. O, bu göstəricidə "Real Madrid"in ulduzu Ronaldo ilə eyni nəticəyə imza atıb. Nihatın serbiyalı hücumçu Darko Kovaçeviçlə yaratdığı tandem "Real Sosyedad"ın çempionluq mübarizəsində mühüm rol oynayıb. Komanda mövsümü ikinci pillədə başa vurub.

Nihat klubun heyətində ümumilikdə 142 oyunda meydana çıxıb və 58 qol vurub. San-Sebastyan təmsilçisinin azarkeşlərinin yaddaşında iz qoyan hücumçu 2006-cı ildə "Vilyarreal"a keçib.

İdmandan kənar: Bir dəqiqəyə dəyişən tarix, yarımçıq qalan böyük karyera - Foto/Video

Zədələrə qarşı mübarizə

"Vilyarreal"a keçidi də uğurlu alınan Nihat 2007-2008-ci illər mövsümündə yenidən yüksək səviyyəsini nümayiş etdirib. O, La Liqada 18 qol vuraraq komandasının çempionatı ikinci pillədə başa vurmasına kömək edib.

Lakin futbolçunun karyerasında zədələr ciddi problemə çevrilmişdi. Hələ "Real Sosyedad"da çıxış etdiyi dövrdə dizindən ağır zədə alan Nihat uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı. O, "Vilyarreal"da da eyni problemlə üzləşdi. Buna baxmayaraq, hər dəfə geri dönərək özünü sübut etməyi bacarırdı.

İdmandan kənar: Bir dəqiqəyə dəyişən tarix, yarımçıq qalan böyük karyera - Foto/Video

Bir dəqiqəyə dəyişən tarix

Nihatın karyerasının ən yaddaqalan səhifəsi 2008-ci il Avropa çempionatında yazılıb. Türkiyə millisi qrup mərhələsinin son turunda Çexiya ilə qarşılaşırdı. Hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı üçün qələbəyə ehtiyacı var idi.

Çexlər 75-ci dəqiqəyədək 2:0 hesabı ilə öndə idi. Arda Turanın qolu Türkiyəyə ümid versə də, əsas hadisələr hələ qarşıda idi.

87-ci dəqiqədə Nihat Kahveci Petr Çexin səhvindən sonra hesabı bərabərləşdirdi. Cəmi bir dəqiqə sonra isə cərimə meydançasının kənarından möhtəşəm zərbə ilə topu qapının uzaq küncünə göndərdi. Türkiyə 3:2 hesabı ilə qalib gəldi və 1/4 finala yüksəldi.

Bu, Avropa çempionatlarının ən yaddaqalan geri dönüşlərindən biri idi. Nihatın qəhrəmanlığına baxmayaraq, turnirin yarımfinalında Almaniyaya qarşı meydana çıxa bilmədi. Xorvatiya ilə 1/4 final matçında bud əzələsindən ağır zədə almışdı və əməliyyat olunmalı idi.

Böyük karyeranın erkən sonu

Avropa çempionatından sonra zədələr Nihatı rahat buraxmadı. "Vilyarreal"da əvvəlki formasını qorumaqda çətinlik çəkən hücumçu 2009-cu ildə yetişdiyi "Beşiktaş"a qayıtdı.

Lakin doğma klubuna dönüşü gözlədiyi kimi alınmadı. Zədələr və oyun ritmini itirməsi onun çıxışına təsir göstərdi. Nihat sonradan bu qayıdışın uğursuz olduğunu etiraf etmişdi. 2012-ci ilin yanvarında isə peşəkar futbolçu karyerasını bitirdiyini açıqladı.

Onun Türkiyə millisindəki göstəriciləri də diqqətəlayiqdir: 54 oyun, 15 qol.

İdmandan kənar: Bir dəqiqəyə dəyişən tarix, yarımçıq qalan böyük karyera - Foto/Video

Yaddaşlarda qalan futbolçu

Nihat Kahveci böyük titulların uzun siyahısı ilə deyil, meydanda yaratdığı unudulmaz anlarla xatırlanır. "Real Sosyedad"ın çempionluq mübarizəsindəki payı, "Vilyarreal"dakı uğurlu mövsümü və Türkiyə millisinin Avropa çempionatındakı möhtəşəm çıxışı onun karyerasının əsas səhifələridir.

Bəlkə də Nihatın hekayəsinin ən təsirli tərəfi budur: zədələr onun yolunu dəfələrlə kəssə də, o, hər dəfə geri dönməyi bacardı. Və futbol tarixində adını bir dəqiqə ərzində dəyişən oyunun qəhrəmanı kimi yazdırdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Qarabagh FC
Today, 11:54

Azərbaycan Premyer Liqası: Cari mövsüm bir turda ilk dəfə meydan sahibləri qələbəsiz qalıb

Football
Today, 11:25

Davit Volkov "Zirə"nin heyətində 50-ci qolunu vurub

Qarabagh FC
Today, 11:16

Kəpəz müdafiəçisi Əli Səmədov Premier Liqada 100‑cü oyunu keçib, 1 qolu qeyd edib

Football
Today, 10:21

UEFA

Volleyball
Today, 10:03

Azərbaycan millisinin baş məşqçisi Gökhan Edman: "Əsas məqsəd son fitə qədər mübarizə aparmaq idi"

Football
Today, 09:28

Poçettino debütdə "Mançester Yunayted"in 100 illik antirekorunu təkrarladı

Football
Today, 09:14

"Barselona" 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb

Volleyball
Today, 09:02

Ukrayna 3:0 qələbə qazanıb

Football
Today, 08:10

La Liqada tarixi rekorda imza atdı

Football
Today, 04:12

Liverpool 700 qələbə ilə Premier Liqasının üçüncü klubu

Football
Today, 02:40

Dieqo Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Football
Today, 01:56

Barselona Bakıya səfərdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Football
Today, 01:54

Atalanta və Inter arasında 4-4 gollü oyun, səkkiz qol vuruldu

Football
Today, 00:58

Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi - Foto

Football
Today, 00:20

Türkiyə Superliqasının 12-ci turunda "Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi

Football
Yesterday, 23:08

Milan 5:1 qələbə ilə San-Siroda böyük hesablı qələbə qazandı

Football
Yesterday, 23:03

Çelsi

Wrestling
Yesterday, 21:20

Milli parataekvondo komandası dünya çempionatında 5‑ci yer tutdu və kubok aldı

Football
Yesterday, 20:50

Musiala məşq zamanı növbəti nevroloji pozğunluq tutmasını keçirib, ertəsi gün məşqlərə qayıdıb

Qarabagh FC
Yesterday, 19:39

Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" matçındaki heç-heçə ədalətli nəticədir"

Football
Yesterday, 19:18

"Barselona" La Liqada "Vilyarreal"ı 3:2 hesabı ilə məğlubiyyətə uğratdı

Qarabagh FC
Yesterday, 19:16

Qurban Qurbanov: Gəncədəki futbol atmosferi Avropa stadionunu xatırladır

Qarabagh FC
Yesterday, 18:40

"Kəpəz" – "Qarabağ" matçında azarkeş izdihamı - FOTOSESSİYA

Related news