"Sumqayıt"ın futbolçusu Kənan Feyziyev əməliyyat olunub.
"Report" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Azərbaycan Premyer Liqasının XXXII turunda, "Zirə" ilə matçın gedişində zədələnən gənc müdafiəçinin Türkiyənin paytaxtı Ankaradakı əməliyyatı uğurlu keçib.
Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.