Braziliyanın "Kruzeyro" klubunun hücumçusu Kayo Jorje karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
"Report" xarici mediaya istinadən xəbər verir ki, forvardla "Bavariya" və "Bayer 04" komandaları maraqlanır.
Hücumçunun xidmətində həmçinin İtaliyanın "Milan", "Fiorentina", Portuqaliyanın "Benfika", İngiltərənin "Aston Villa" klubları da maraqlıdır. Braziliya təmsilçisi bu keçiddən 40-45 milyon avro əldə etməyi planlaşdırır.
Qeyd edək ki, K.Jorje Braziliya çempionatının cari mövsümündə 19 matçda 7 qol vurub.