Almaniyanın "Şalke" klubu futbolçusu Edin Cekonu heyətində saxlamaq niyyətindədir.
"Report" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, Bundesliqaya vəsiqə qazanan komanda 40 yaşlı hücumçunun müqaviləsinin müddətini 2027-ci ilin yayınadək uzatmaq istəyir.
Bosniya və Herseqovina millisinin üzvü dünya çempionatından sonra karyerası ilə bağlı qərar verəcəyini açıqlamışdı.
Xatırladaq ki, Edin Ceko cari mövsüm II Bundesliqada (766 dəqiqə) altı qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.