Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya arasında təşkil olunan A qrupu matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, asiyalıların heyətində Hvan İn Bom oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, bu futbolçu Çexiya ilə qarşılaşmada komandasının bərabərlik qoluna imza atıb. Yekun nəticədə Cənubi Koreya 2:1 hesablı qələbə qazanıb.