top
Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun 50 il futbolda kitabının təqdimatı Report.az
06 May 2026, 11:57
- ↺ +

Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı

Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirilib.

"Report"un məlumatına görə, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.

Təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, veteran futbolçular və digər şəxslər iştirak ediblər.

İlk olaraq B.Xeqaqurovun 50 illik karyerası haqqında məlumat verilib və videoçarx təqdim olunub.

F.Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, B.Xetaqurovun öz sahəsində peşəkar olduğunu deyib:

"Belə tədbirlər veteranlar və gənclər üçün çox vacibdir. Veteranların təcrübələrini bölüşməsi önəmlidir. Bu kitabda çox maraqlı hadisələr əks olunub. Boris müəllim vaxtilə buradakı veteran oyunçulara da dəstək olub. Hamısını yaxından tanıyır. "Neftçi" kimi komandada uzun illər çalışmaq onun üçün şərəfdir. Boris Xetaqurov milli komandamızda da çalışıb. Onun haqqında çox danışa bilərəm. İndiki dönəmdə də bəzi həkimlərə məsləhətlərini verir. İdman həkimi deyəndə hamı Boris Xetaqurovu yada salır. Sizə təşəkkür edirəm".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova idmançının həyatında həkimlərin rolunun böyük olduğunu söyləyib:

"Böyük idmanda zədələr qaçılmazdır. Boris müəllimə cansağlığı və uzun ömür arzulayıram. Gənc nəsil üçün nümunəsiniz".

Veteran futbolçu, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev Boris Xetaqurovun gəncliyini futbola həsr etdiyini vurğulayıb:

"Kitabın ərsəyə gəlməsində dəstək olduğu üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. 90 yaşında növbəti kitabı təqdim etməyinizi arzulayıram".

Digər veteran futbolçu Nazim Süleymanov B.Xetaqurovla bağlı xatirələrini bölüşüb:

"O, "Neftçi" ilə birlikdə tarixi nailiyyətlərə imza atıb. Ondan çox şey öyrənmişəm. 2004-cü ildə də bir komandada işləmişik. Belə gözəl insanla birlikdə çalışdıq. Bu gün Azərbaycan futbolunda, idmanında əlamətdar gündür. O, öz təcrübəsini kitabda bölüşüb. Boris Xetaqurov haqqında çox danışmaq olar. Ölkə idmanında həkimlərin də böyük əməyi var. Sizi təbrik edirəm və cansağlığı arzu edirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
Yesterday, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
Yesterday, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
Yesterday, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Related news