İtaliyanın "Milan" klubu Niderland millisinin futbolçusu Vircil van Deyki heyətinə qatmaq istəyir.
"Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Rossonerilər" İngiltərə təmsilçisi "Liverpul"da çıxış edən 35 yaşlı müdafiəçini azad agent kimi transfer etmək niyyətindədir. Təcrübəli oyunçunun Mersisayd klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır və tərəflər yeni sözləşmə barədə razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir.