2028-ci ildə keçiriləcək Amerika kubokunun (Copa America) ev sahibi məlum olub.
QOL.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Yarış növbəti dəfə ABŞ-da təşkil olunacaq. ABŞ tarixində 3-cü dəfə bu turnirə ev sahibliyi edəcək. 2016 və 2024-cü illərdə də sözügedən yarış bu ölkədə keçirilib.
Qeyd edək ki, Amerika kuboku 2028-ci il, 9 iyundan 9 iyuladək keçiriləcək.