top
AFFA rəsmilərinin Özbəkistana səfəri: Əməkdaşlıq və birgə layihələr müzakirə edilib Report.az
08 May 2026, 13:44
- +

AFFA rəsmilərinin Özbəkistana səfəri: Əməkdaşlıq və birgə layihələr müzakirə edilib

AFFA rəsmiləri Özbəkistana işgüzar səfər çərçivəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Qurumdan "Report"a verilən məlumata görə, nümayəndə heyətinin tərkibində AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov və İnformasiya Texnologiyaları və Rəqəmsallaşma Departamentinin rəhbəri Rəhim Balakişiyev yer alıblar.

Onlar yerli futbol infrastrukturu və yaradılmış şəraitlə yaxından tanış olub, həmçinin müxtəlif istiqamətlər üzrə yerli mütəxəssislərlə bir sıra görüşlər keçirib, fikir mübadilələri aparıblar.

Səfər çərçivəsində Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Rövşən İrmatov Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və futbolun müxtəlif istiqamətləri üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Xüsusilə hakimlik sisteminin inkişafı, gənc hakimlərin hazırlanması və onların peşəkar səviyyəsinin artırılması məsələlərinə diqqət yetirilib.

Bununla yanaşı, futbolun rəqəmsallaşdırılması, müasir İT həllərinin tətbiqi, məlumat bazalarının idarə olunması və uşaq-gənclər futbolunun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər əməkdaşlığın daha da gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, 2027-ci ildə U-20 dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 00:05

Sabah – Imishli match 3:1 victory (video review)

Basketball
Yesterday, 15:55

“Sabah” basketbol komandası yoxlama oyununda “Ordu”yu 96:79 hesabı ilə məğlub etdi

Qarabagh FC
Yesterday, 09:00

Premyer Liqa: Turan Tovuz Zirəni, Sabah İmişli ilə qarşılayır

Qarabagh FC
18 September 2026, 23:34

“Qarabag” and Azerbaijan national team player Elvin Jafarov watches the match from the stands after a serious injury - VIDEO

Football
18 September 2026, 23:24

Neftçi won with 3 goals in Qəbələ - Video review

Qarabagh FC
18 September 2026, 21:35

Premyer Liqa: "Qarabağ" 1:0 hesabıyla "Şəfa"nı məğlub etdi

Football
18 September 2026, 19:23

Neftçi Premyer Liqasının 1000-ci oyununda Qəbələni 3:0 məğlub etdi

Football
18 September 2026, 18:26

Gəncəbasar will hold a test match with Kəpəz at the training center on October 2

Football
18 September 2026, 15:04

AFFA and PFF heads held extensive discussions on cooperation prospects - PHOTO

Football
18 September 2026, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı

Football
18 September 2026, 11:11

Libertadores Cup semifinals pairs announced: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense will face each other

Football
18 September 2026, 10:00

In Sumqayit, injured vice‑captain Roy Kehat returns to training with the team;

Football
17 September 2026, 23:54

"Qəbələ"'s new head coach Yeton Beqiri introduced;

Olympics
17 September 2026, 22:25

Appointment of a New Coach for the Azerbaijan Athletics National Team

Olympics
17 September 2026, 19:29

Milli Paralimpiya Komitəsi yeni paraatletika istedadlarını aşkar etmək üçün Açıq Qapı Günü təşkil etdi

Football
17 September 2026, 18:47

Barselona qapıçısı Joan Qarsiya sağ dizində narahatlıqla zədələnib

Football
17 September 2026, 18:05

Azərbaycan U-18 milli komandası 21‑23 sentyabr Bayıl Təlim‑Məşq Mərkəzində seleksiya toplanışı keçirəcək

Football
17 September 2026, 16:37

“Kəpəz” 15‑yaşlı qapıçı Əlisahib Əliyev peşəkar müqavilə imzaladı

Basketball
17 September 2026, 16:08

In the opening game of the new ABL season, the “Sabah” team will face “LANDAU Lions”.

Basketball
17 September 2026, 11:32

Neftçi klubuna ABŞlı basketbolçu Zakeriya Hiks qoşuldu

Football
17 September 2026, 05:34

“Barcelona” signs a record start in the 2026/27 season;

Football
17 September 2026, 00:59

UEFA Avropa Liqası əsas mərhələsinin ilk oyunları keçirildi

Football
16 September 2026, 21:30

England goalkeeper Dean Henderson extends his contract with Crystal Palace until 2030

Football
16 September 2026, 20:06

Isa Suliman appointed as the new captain of Sumgayit FK

Related news