top
U-15 Avropa çempionatında Azərbaycan boksçularının 10-u yarımfinala yüksəldi Report.az
Today, 10:41
- ↺ +

U-15 Avropa çempionatında Azərbaycan boksçularının 10-u yarımfinala yüksəldi

Azərbaycanın 10 boksçusu Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

1/4 final mərhələsinin son qarşılaşmalarında yığmanın daha bir neçə üzvü mübarizə aparıb.

Nuray Qafarova (50 kq) Nino Tirkia (Gürcüstan) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, finala gedən yolda Polina Ağacanyanla (Rusiya) üz-üzə gələcək.

Ələkbər Məmmədli (44 kq) Leonard Buhaniuçdan (Moldova) güclü olub – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü yarımfinalda Rian Branaqanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.

Sənan Nəsibli (52 kq) David Popeskunu (Rumıniya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçu yarımfinalda Lazar Yovanoviçlə (Serbiya) döyüşəcək.

Sadiq Xəlilov (54 kq) Yaroslav Nikolauskasa (Rusiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Naxçıvan boksunun yetirməsi final üçün Cey Şeridanla (Şotlandiya) gücünü yoxlayacaq.

Yusif Əli (57 kq) də növbəti dueldən qalib ayrılıb. O, Nikola İliçi (Monteneqro) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda Kiril Çumakovu (Ukrayna) sınağa çəkəcək.

Sunay Əzimov (60 kq) isə vaxtından əvvəl qələbə qazanıb. O, Daniel Sardarunu (Rumıniya) üçüncü raundda tam üstünlüklə məğlub edib. Əzimov yarımfinalda Solomon Duboislə (İngiltərə) qarşılaşacaq.

Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 10-a yüksəlib. Daha öncə Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Hüseyn Aydəmirli (90 kq) və Gülay Ocaqova (57 kq) da bu hüquqa yiyələnib. Millinin 10 idmançısının hər biri bu mərhələyə vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, yarımfinal döyüşlərinə bu gün start veriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Qarabagh FC
Today, 12:24

Azərbaycan Premyer Liqası: "Sabah" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

Qarabagh FC
Today, 12:09

Famil Xəlilov: U-15 dünya çempionatı üçün hazırlıq, rəqiblər və sürpriz nəticə ehtimalı – Müsahibə

Wrestling
Today, 11:53

Güləş milli komandalarına fizioterapist dəstəyi təmin ediləcək

Others
Today, 11:45

Marco Asensio confesses: “I put my health at risk”

Chess
Today, 11:06

Avropa Kuboku: "Odlar Yurdu" Serbiyanın "Srvena Zvezda" komandasını məğlub edərək turnir cədvəlində yuxarılardı mübarizə aparır

Football
Today, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Others
Today, 10:40

The royal family has invited Lionel Messi to a dinner

Football
Today, 10:00

Verdaska Returns to Kapaz – Player’s Message, Club Remains Silent

Others
Today, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Others
Today, 09:40

Manuel Noyer matches up with Messi and Müller for Champions League appearances

Others
Today, 09:33

UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək

Football
Today, 09:17

UEFA Avropa Liqası III tur: Beşiktaş Crystal Palace‑ə, Juventus Rennes‑ə qarşı çıxacaq

Football
Today, 08:00

Champions League Player of the Week nominees announced

Football
Today, 04:32

Mourinyo Real’ın ÇL qələbəsindən sonra Valverdeni yüksək qiymətləndirib

Others
Today, 04:27

Arda Turan after the defeat against “Inter”: “We deserved a better result”

Others
Today, 01:12

Fabregas: “For some of our players, this was only their third match in the Champions League”;

Football
Today, 00:14

Levante defeated Athletic 3-1 in La Liga;

Football
Today, 00:05

PSG - Lyon match postponement being reviewed due to civil unrest in France

Football
Yesterday, 23:54

Head coach Elvin Hacıyev parting ways with Şəki club

Others
Yesterday, 22:25

Yuventus wants to transfer the Argentine defender

Others
Yesterday, 22:09

“Barcelona” filed a complaint to UEFA from “PSJ”: a banner with “Mishar” and “genocide” caused controversy;

Others
Yesterday, 22:01

Plushenko announced his decision to move to Azerbaijan

Football
Yesterday, 21:57

Mançester Yunayted avrokubok tarixində iki ardıcıl oyunda ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Related news