Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya çempionatını 2 medalla başa vurublar.
Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Komandanın heyətində Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fərqlənib.
Onların hər ikisi bürünc medal qazanıblar.