"Ordu" İdman Klubunun kikboksinq və muay tay döyüşçüsü Akif Quluzadə ("King") növbəti görüşünə çıxacaq.
"Report"un məlumatına görə, idmançı Banqkokda baş tutacaq "ONE FC" turnirində yüngül çəkirdə Tailanddan olan Ferrari Fairtexlə üz-üzə gələcək.
Görüş sentyabrın 4-də baş tutacaq.
Xatırladaq ki, Akif Quluzadə "ONE FC"də keçirdiyi 6 döyüşün 5-də qalib gəlib, 1-də məğlub olub.